Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponiyalı optometrist müharibə iştirakçılarını müayinə edib

Tarix: 16-05-2023 17:16     Baxış: 4158 A- / A+
 Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri, dünya şöhrətli optometrist və xeyriyyəçi Akio Kanainin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Dövlət Komitəsinin sədri Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdundan didərgin düşən həmvətənlərimizin məruz qaldığı məhrumiyyətlər və üzləşdikləri problemlər barədə ətraflı məlumat verib. Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həlli Prezident İlham Əliyev tərəfindən sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Bu kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, onların maddi rifahının yüksəldilməsi üçün tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan əhali qrupu kimi məcburi köçkünlərin sağlamlığının qorunması və bərpası üçün məqsədyönlü iş aparır. Otuz ilə yaxın işğal altında saxlanılan ərazilərin minalanmasının və Ermənistanın mina xəritələrini verməməsinin ora qayıdacaq əhalinin təhlükəsizliyini təhdid altına atdığı və Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. Diqqətə çatdırılıb ki, mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq təşkilatların da dəstəyi ilə tədbirlər görülür. Bununla yanaşı, məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atılır. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı layihələr həyata keçirilir, köçürüləcək əhalinin səhiyyə, təhsil kimi sosial xidmətlərə əlçatanlılığının təmin edilməsi üçün zəruri olan infrastruktur obyektləri inşa edilir. Həmçinin qeyd edilib ki, Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində doğma yurdlarına köçürülən şəxslərin ümumi sağlamlıq vəziyyəti yoxlanılır. Diqqətə çatdırılıb ki, artıq 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. Yaxın zamanda Laçın şəhərinə ilkin mərhələdə 318, Laçın rayonunun Zabux və Sus kəndlərinə 296 ailənin, ilin sonunadək Şuşa şəhərinə isə 450 ailənin köçürüləcəyi qeyd edilib. Bildirilib ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə köçürülməsinin təmin edilməsi dövlət üçün prioritet məsələdir. Dövlət Komitəsinin sədri “Fuji Optical”ın 16 ildir həyata keçirilən missiyasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib və buna görə Akio Kanaiyə təşəkkür edib, beynəlxalq təşkilatlar tərəfindən keçirilən layihələrin soydaşlarımıza mənəvi dəstək verdiyini deyib. Akio Kanai səmimi qəbula görə təşəkkür edib. Bildirib ki, bu il 9-13 mayda Füzuli rayonunda və 15 mayda isə Bakı şəhərində təqribən 2500 məcburi köçkün, qaçqın, sığınacaq axtaran və digər həssas qruplardan olan şəxsin göz müayinəsi keçirilib. Həmçinin mina partlayışı nəticəsində gözlərinə ziyan dəymiş müharibə iştirakçıları da müayinə edilib, ödənişsiz eynəklə təmin olunub. Görüşdə iştirak edən, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi 30 il ərzində ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin qurulduğunu deyib. Məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesinin sürətlənəcəyinə ümidvar olduğunu vurğulayaraq, Yaponiyanın bu prosesə texniki və maddi dəstək göstərəcəyini, “Fuji Optical”ın fəaliyyətini gələcəkdə də davam etdirəcəyini qeyd edib. Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Manevr.az





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar