Xəbər lenti
Türkiyəyə "Könül yolçuluğu"muz başa çatdı... -ŞƏKİLLƏR
DİDİMDƏ BİR DƏNİZ VAR.
Didimdə bir Dəniz var. Didim də qardaş Türkiyənin bir çox yerləri kimi dəniz sahilində yerləşir. Mən dediyim Dəniz başqa dənizdir. Haqqında söhbət açdığım şəxs Disader Didim Sanat Dərnəyi rəhbəri şairə Dəniz Süheyla Ərgülərdir.
Bildiyiniz kimi, mənim və şair qardaşım Coşkun Karabuludun birgə yaratdığımız “Könül yolçuluğu” adlı ədəbi- mədəni əlaqələr üzərində qurulan bir layihəmiz var. Hər il qarşılıqlı şəkildə gah Azəraycanda, gah da Türkiyənin müxtəlif şəhərlərində tədbirlər, görüşlər keçirdirik. Builki tədbirlərimiz Didim, Fəthiyə, Antalyada planlaşdırıldı. Azərbaycandan mənimlə birlikdə 4 şair, yazar- Etibar Muradxanlı, Aləm Kəngərli, Qabil Dərdli, və Səhər Əhməd Türkiyəyə getdik. Hər zamankı kimi bizi orada ilk qarşılayan əziz qardaşım Coşkun Karabulut oldu. Didimdə Dəniz xanımın rəhbərliyi, təşkilatçılığı ilə gözəl bir musiqili- bədii, sazlı- sözlü görüşlər bizi gözləyirdi. Dəniz xanım və həyat yoldaşı Əli bəy bizi şox səmimi, sanki əziz adamları kimi qarşıladı. Uzun illərdir tanıdığım, şəxsiyyətlərinə böyük hörmət bəslədiyim dəyərli insanlar Mersin Şairlər və Yazarlar birliyi rəhbəri şair Mustafa Doğan, könlü nurla dolu şairlər Hacı Bayram Arslantaş, Üzeyir Güləç, Muğladan şairə Ülkü Taşkın, Yılmaz Taşkın, Fəthiyədən Ayşə Minə Dəniz, şair Şafak Ahmət Dənizi görmək sevincimizə ikiqat sevinc qatdı. Didimdə Bələdiyyə başçısının vəkili Zeynel Şənər bəy , Umut teatrının rəhbəri Türkan Şənər xanım da tədbirə gəlmişdi. Orada Suat İncə, Nevin İşık, Sürməli Bal, Kubilay Şahin, Hikmət və Ruqiyyə Özgöbək, Kuşadasından Ali Gəncli, Filiz müəllimə və digər dəyərli insanlarla da tanış olduq.
SALİHLİNİN GÖZƏL İNSANLARI
Mənim üçün ən böyük sürpriz - Salihli şəhərindən məni görməyə gələn başda Salihli Sənət dostları dərnəyinin rəhbəri Xədicə Dəyirmançı Dirgen, Hakan Dirgen, Gülgün Solmaz Efe, Nəzakət Özdəmir, Zəhra Öztürk, Nurşən Muşlu, sənətçi, kanon ifaçısı Salih Kandaş, Adviyə Seçkin, Muhammet Seçkin, Hüseyn Kahraman, Neşegül Sayar, Mevli Pəhləvan, İsmihan Sarıgedik və bir də Əminə Uysalın gəlişi oldu. Dostlarına məndən bəhs etmişdi. Salihlidə yaşayan Salihli Sənətsevərlər dərnəyinə o zamanlar rəhbərlik edən əziz dostum, şair Əhmət Otman bəyin 12 il bundan əvvəl təşkil etdiyi “Bizim Ece” şeir şölənində tanış olub, bacı olmuşdum Əminə Uysalla. Şerlərinin bir neçəsini bizim türkcəyə uyğunlaşdırdım, qəzet və saytlarda çap olundu, bəyənildi. Şeirləri kimi özü də zərif, incə ruhlu Əminə Uysalla əlaqəmiz heç kəsilmədi. Şair Coşkun Karabulutla da orda tanış olduq və bu günkü könül yolçuluğu məhz, Salihlidən başlayaraq 12 ildir üzü bəri yol gəlir. Salihlinin yeri qəlbimdə bir bambaşqadır. Əminə xanıma bildirdim ki, Didimə gələcəm bir qrup şairlırlə. “Könül Yolçuluğu” proqramımız olacaq, gəl görüşək. Əminə sevə- sevə gələcəyini söylədi. Dostlarına da deyincə, - Nazilə bacınla biz də tanış olaq,- deyərək, 16 nəfərlik bir heyyətlə Didimə gəldilər. Dəniz xanımın bəzəkli, yaraşıqlı məkanında nəğməli, sazlı- sözlü yaddaqalan anlar yaşadıq. Azərbaycan mahnıları, türkülər iki qardaş ölkənin yan- yana qoyulan bayraqları, dost gəlişinə bayram edən könüllər necə də gözəl idi. İnsanın qəlbi dostluqlarla fərəhlənir, böyüyür. Dəniz xanım çox qayğımızı çəkdi, öz əlləriylə yeməklər hazırladı. Axşam yeməyində həyat yoldaşı Əli Aslan və onun sənətçi dostları türkülər oxudular, ruhumuzu təzələdilər. Xoş təssüratla ayrıldıq, Didimdən. Dəniz sahilində yerləşən Dənizli Didimdən. Yönününüz Didimə düşsə, mütləq xöş simalı şairə Dəniz xanımın yeməklərindən dadın, Əli bəyin və dostlarının türkülərini dinləyin. Didim xatirəmdə gülərüzlü Dəniz xanımla və Əli bəyin türküləri, ciftlikdən yığdığım adaçayının qoxusuyla qalacaq.
YAŞILLIQLAR KRALİÇASI -fƏTHİYƏ
Könül yolçuluğumuz yaşıllıqlar kraliçası Fəthiyə şəhərində davam etdi. Fəthiyə mənim üçün çox doğmadır. Orada başda Coşkun Karabulut olmaqla, Nurcan Gökmen, Sami Gökmen, Şafak Ahmet Deniz, Şahsene Camız, Ayşe Mine Deniz, Eser Tunçoğlu, Yeşim Tunçoğlu, Gülsene Pars, Əminə Çakır, Minə Sarmış, Sabri Kuşkonmaz, Dilək Dincer, Celal Bozkurt, Afi can, Əli Talaş və onlarla qiymətli insanlarla tanış oldum, dostlaşdım. Fəthiyə Ədəbiyyat qrupunun üzvləri ilə yenidən görüşdük. Qəhrəman Maraşdan da şair Lütfi Bilir, şair- bəstəçi Cəlaləddin Kurt, Hüseyn Gümüş və digər dostlarla bir araya gəldik. Fəthiyədə Canan İzmirli xanımın rəhbərlik etdiyi Çağdaş Yaşam Dərnəyinin üzvləri ilə birlikdə sazlı- sözlü ədəbi- bədii gecə keçirildi. Yenə də həmişəki kimi bəstəkar- ozan Əsər Tunçoğlu öz ecazgar səsi ilə qəlbləri oxşadı. Təzələnmə Universitetinin bir qrup tələbə və müəllimləri ilə, bir- birindən dəyərli insanlarla tanış olduq. Çıxış etdik, şeirlər söylədik. Mənəvi birliyimizi, könül bağlılığımızı nümayiş etdirdik. Onu da deyim ki, Təzələnmə Universiteti çox gözəl bir layihədir, ikinci bir ixtisas almaq istəyənlər oxuyur burada. Tədbirlərdən sonra Fəthiyə Bələdiyyə başçısı Alim Karacanın dəstəyi ilə dəniz gəzintisi də oldu. Gəzinti zamanı qəfildən tufan qopdu, lap nağıllardakı kimi. Mən həmin gün Azərbaycana dönmək məcburiyyətində qaldım. Doğulacaq bir körpə, bir ana darda idi, tələsik yığışıb geri qayıtdım. Güc- bəla ilə yetişdim. Indi həmin günlər yadıma düşəndə öz- özümə deyirəm ki, bəlkə, o tufan olmasaydı mən vaxtında gəlib yetişə bilməzdim. Hər olan şeydə bir hikmət var- buna deyirlər. Dostlar Antalya - Kəmərdə şair Bolat Unsal bəyin qonağı oldular, maraqlı günlər keçirdilər. Beləliklə, bir Könül yolçuluğu da beləcə başa çatdı. Başda şair, Fəthiyə Ədəbiyyat Qrupunun rəhbəri olan Coşkun Karabulut qardaşıma və bu unudulmaz günlərdə bizi yalnız qoymayan, gözəllikləri bizimlə paylaşan bütün könül insanlarına, əməyi keçən hər kəsə təşəkkür edirəm. Yeni dostlar, yeni tanışlıqlar həyatımızın bəzəyidir. Yolumuz açıq olsun.
Dərin hörmətlə;
Nazilə Gültac şair,
həkim, "Könül yolçuluğu" layihəsinin Azərbaycanda rəhbəri.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar