Xəbər lenti
Dövlət Komitəsində tədqiqatçı Sebastien Bussua ilə görüş keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Belçikada fəaliyyət göstərən siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussua ilə görüşüb.
Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti, bunun nəticəsində doğma yurd- yuvasından qovulmuş 1 milyondan çox qaçqın və məcburi köçkün haqqında məlumat verilib. Bildirilib ki, işğalın ilk illərində respublikanın müxtəlif bölgələrində yerləşən obyektlərdə çətin və qəzalı şəraitdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 116 qəsəbə salınıb, 320 mindən çox məcburi köçkün yeni mənzillə təmin edilib. Lakin buna baxmayaraq, hələ də qəzalı və ağır şəraitdə yaşayan ailələr var ki, onların da əksəriyyəti Bakı və Sumqayıt şəhərlərində müvəqqəti məskunlaşıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan soydaşlarımızın problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşıb. Hazırda isə dövlətin qarşısında məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi kimi mühüm vəzifə durur. 2020-ci ildə Vətən müharibəsində qazanılmış qələbədən sonra soydaşlarımızın doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışı üçün imkan yaranıb. Məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə uyğun qayıdışının təmin edilməsi üçün dövlət tərəfindən zəruri tədbirlər görülür, irimiqyaslı layihələr həyata keçirilir. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-yenidənqurma işlərinin intensiv aparılmasına baxmayaraq, işğal dövründə ərazilərin minalarla çirkləndirilməsi soydaşlarımızın doğma yurdlarına qayıdışını ləngidir. Məcburi köçkünlərin doğma yurdlarında müasir standartlara uyğun inşa edilmiş, zəruri sosial-texniki infrastrukturla təchiz edilmiş mənzillərlə təmin edilməsi dövlətin diqqət mərkəzindədir. Bu günədək 86 ailə, yəni 420 nəfər “ağıllı kənd” konsepsiyası əsasında inşa edilmiş Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə, yəni 94 nəfər isə Tərtər rayonunun Talış kəndinə köçürülüb. İlin sonunadək Şuşa şəhəri, Laçın və Zəngilan rayonlarına məcburi köçkünlərin köçürülməsi həyata keçiriləcək. Belçikada fəaliyyət göstərən siyasi elmlər doktoru, tədqiqatçı Sebastien Bussua işğaldan azad olunmuş ərazilərə səfər etdiyini və burada işğal dövründə baş vermiş dağıntıları və hazırda aparılan bərpa-quruculuq işlərini müşahidə etdiyini deyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, qonağı maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar