Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə sükut günü başladı, təbliğat dayandırıldı

Tarix: 13-05-2023 20:08     Baxış: 4270 A- / A+



Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.
Manevr.az report-a istinadən xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları ilə ediblər. Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.Xatırladaq ki, Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində 60 milyon 697 min 843 seçici səs verə biləcək. Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi mayın 9-da başa çatıb, gömrük məntəqələrində səsvermə isə davam edir.
Dövlət başçısı postu uğrunda üç namizəd - hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar