Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

İsmayıllıda "Sən elə bir zirvəsən" adlı sinif konserti keçirilib

Tarix: 13-05-2023 11:28     Baxış: 3368 A- / A+

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, İsmayıllı Rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin “Tədbirlər planı”nına uyğun olaraq İsmayıllı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı sinif konserti keçirilib.          
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin İsmayıllı şəhərində ucaldılmış abidəsini ziyarət ediblər, abidə önünə tər gül dəstələri qoyaraq, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramlarını bildiriblər. Tədbiri giriş nitqi ilə açan Uşaq İncəsənət Məktəbinin direktoru  Bəhruz Həşimov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb, onun əbədiyaşar siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.      
Tədbirdə çıxış edən Elnarə Məmmədova Azərbaycan mədəniyyətinin davamlı inkişafının təməlində Ulu Öndər Heydər Əliyevin ideyalarının dayandığını qeyd edib. Ulu Öndər mədəniyyətin və incəsənətin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanmasına və təbliğinə göstərdiyi diqqətdən söz açıb.          
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konsertin proqramına uyğun olaraq məktəblilərin təqdimatında   bəstəkar mahnıları ilə davam edib. Tədbir dinləyicilərin xüsusi marağına səbəb olub. Sonda Rayon Həmkarlar İttifaqı tərəfindən tədbirin təşkilatçısı Elnarə Məmmədovaya Fəxri fərman, çıxış edən şagirdlərə "Tərifnamə" təqdim olunub.

Elnarə Günəş,
Manevr.az






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar