Xəbər lenti
Bakıda “sarı zolaq” qurbanları

“IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının yollarında çəkilmiş xüsusi sarı zolaqlara icazəsiz daxil olan 800-dən çox sürücü cərimələnib”.
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.
Şöbə müdirinin sözlərinə görə, sürücülər qayda pozuntusunu tələsmələri, paralel yollarda sürət həddinin aşağı olması ilə izah edirlər: “Günü-gündən cərimələnənlərin sayı azalır. Bu onu göstərir ki, sürücülər artıq qaydalara tabe olurlar ”
Yol polisi əməkdaşları tərəfindən sarı zolağa nəzarətin gücləndirildiyini də diqqətə çatdıran V.Əsədov sürücüləri bir daha zolağa daxil olmamağa çağırıb.
Sürücülər! DİQQƏT: Bakının bu hissəsində hərəkət birtərəfli olacaq FOTO
IV İslam Həmrəyliyi Oyunları üçün Bakı yollarında çəkilən xüsusi zolaqlarla bağlı qadağa mayın 5-də qüvvəyə minib və mayın 25-nə qədər qüvvədə qalacaq. Bu zolaqda yalnız Oyunların keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edə bilər.
Qaydanı pozan sürücülər 40 manat cərimə olunur. Nəzərə alsaq ki, qadağanın qüvvəyə mindiyi gündən bu günə qədər 800 nəfər cərimələnib, onda sürücülər ümumilikdə 32 000 manat cərimə ödəyiblər.istipress
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar