Xəbər lenti
İrəvanda “Yaşma” qorxusu: Erməni dəstələri məhv ediləcək!
44 günlük müharibədə Ermənistan ordusunun qorxulu kabusuna çevrilən Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri yenidən İrəvanda müzakirə mövzusuna çevrilib.
Manevr.az publika.az-a istinadən xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanla hüquq müdafiəçisi Siranuş Saakyanın keçirdiyi birgə mətbuat konfransında Xüsusi Təyinatlı Qüvvələrimizdən bəhs edilib.
Siranuş Saakyan “Yaşma”nın (ermənilər adətən Azərbaycan XTQ-sini belə adlandırır) 6 min xüsusi təyinatlısının Ermənistanla sərhəddə və Qarabağda olduğunu iddia edib. Əlavə edib ki, bu qüvvələrin bölgədə aktiv fəaliyyəti Azərbaycanın planlarından xəbər verir.
“44 günlük müharibədən sonra “Yaşma” ilə yanaşı, Türkiyə ordusu modelində “Komando” birlikləri yaradıldı. Azərbaycan komandoları Hadrut və Kəlbəcərdə yerləşir. “Yaşma” xüsusi təyinatlılarının və komandoların hədəfi Qarabağda erməni hərbi birləşmələrini (separatçıların terrorçu dəstələri-red) məhv etməkdir. Azərbaycan bu hədəfini gizlətmir”, - Siranuş Saakyan iddia edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda suverenliyimizə təhdid olan separatçıları və onların terrorçu dəstələrini məhv etmək üçün Ali Baş Komandandan əmr gözlədiyi sirr deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar