Xəbər lenti
Bakıdan daha bir zərbə - Separatçıların bir nəfəsliyi də bağlandı
Bu barədə jurnalist Asəf Quliyev məlumat verib.
Jurnalist Laçındakı sərhəd-buraxılış məntəqəsindəki son duruma diqqət çəkib:
“Laçın yolunda Həkəri çayı üzərində sərhəd məntəqəsinin qurulmasından sonra rəsmi Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistan ərazisindən Qarabağa gəlib-gedən avtomobillərinin ciddi yoxlanması prosedurunu tətbiq etməyə başlayıb. Bu barədə həm Azərbaycanın rəsmi dairələrindən, həm də erməni mənbələrindən məlumatlar gəlir.
Erməni mənbələrindən gələn məlumata görə, artıq komitənin avtomobillərinin sərhəd keçidləri dayandırılıb. Maraqlıdır ki, nə Azərbaycanın rəsmiləri, nə çoxsaylı ekspertlər ordusu, nə də BQXK-nin Bakı və İrəvan ofisləri keçidlər zamanı yoxlama prosedurlarının necə olduğu barədə danışmağa həvəs göstərir.
Yaranmış situasiyada görünən odur ki, rəsmi Bakı separatçıların daha bir nəfəsliyini bağlamaq qərarını verib. BQXK-nin avtomobilləri ciddi yoxlamadan keçəcək. Bu avtomobillərdə kimin keçdiyi əvvəlcədən hazırlanmış siyahı əsasında reallaşmayacaq, keçən şəxslərin kimliyi yerindəcə sərhəd postunda yoxlanacaq”.
Asəf Quliyev xatırladıb ki, Şuşa yaxınlığında keçirilən aksiya zamanı BQXK-nin avtomobilləri çoxsaylı keçidlər edib:
“Amma bu avtomobillərdə kimin keçdiyi heç bir formada yoxlanılmayıb. Sadəcə əvvəlcədən Azərbaycan tərəfinə belə bir keçidin ediləcəyi, N sayda xəstənin aparılacağı barədə məlumat verilib.
Aksiyanın keçirildiyi müddətdə təkcə BQXK-nin avtomobilləri yox, üzərində “Press” yazılmış Rusiya dövlət nömrə nişanlı avtomobillər də keçid edib və bu avtomobillər də yoxlamaya məruz qalmayıb”. teleqraf.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar