Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kılıçdaroğlunun Azərbaycan planında gözdən qaçan xəta – Deputat işarə etdi

Tarix: 10-05-2023 20:28     Baxış: 3312 A- / A+

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri, prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun seçki öncəsi təqdim etdiyi “Yeni İpək Yolu” layihəsi ilə bağlı müzakirələr davam edir. Layihənin Türkiyədən başlayaraq İran, Türkmənistan, Özbəkistan, Qazaxıstandan keçib Çinə birləşən xəritəsində Azərbaycanın olmaması ciddi rezonans doğurub. Azərbaycana qarşı bu davranış ölkəmizdə də narahatlıq yaradıb. CHP liderinin addımı onun iki ölkə arasındakı münasibətlərə yanaşması ilə bağlı müxtəlif suallar doğurub.
Bəs Ərdoğana qarşı güclü rəqib hesab edilən Kılıçdaroğlunun Azərbaycanla bağlı bu addımının səbəbi nə ola bilər?
Manevr.az-ın xəbərinə görə, mövzunu Globalinfo.az-a şərh edən Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu layihənin heç bir əhəmiyyət kəsb etmədiyini bildirib:
“Türkiyədə seçki kampaniyası çərçivəsində irəli sürülən layihələr, vədlər o qədər də ciddiyə alınmamalıdır. Çünki bunların bir qismini həyata keçirmək ümumiyyətlə mümkünsüzdür. Kamal Kılıçdaroğlunun təqdim etdiyi “Yeni İpək Yolu” layihəsi də bunlardan biridir. Layihənin İran üzərindən həyata keçirilməsinə necə risk edə bilərlər? Vaxtı ilə mümkün olan bu layihə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən həyata keçirildi. Digər Orta Asiya ölkələrinin də Xəzər dənizi üzərindən buna qoşulması mümkün görünürdü. Çünki bəzi ölkələrin sabitliyinə inam yoxdur, istənilən zaman problem yarada bilərlər. Bu baxımdan İran, Əfqanıstan kimi ölkələrin iştirakı təhlükəlidir. O səbəblə CHP liderinin real görünməyən bu layihəsində Azərbaycanın yer alması da mümkün deyil.

Bütün hallarda seçki prosesində çox sayda populist vədlər verilir. Beləliklə bu mərhələdə insanların əhval-ruhiyyəsini dəyişmək, onların dəstəyini qazanmaq məqsədi güdülür. Bu metod həm iqtidar, həm də müxalifət tərəfindən uzun illərdir seçki prosesində istifadə edilir. Kamal Kılıçdaroğlunun sözügedən açıqlaması da ciddi sayıla bilməz. Türkiyənin gücünün yetəcəyi bir layihə kimi başa düşülməsi mümkün deyil”.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə deyib ki, CHP liderinin Azərbaycanla bağlı bəzi açıqlamaları müəyyən sualların yaranmasına səbəb olur:
“Təəssüflə qeyd etmək lazımdır ki, Türkiyədəki prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan deyil, Kamal Kılıçdaroğlu qalib gələcəyi təqdirdə iki qardaş ölkə arasında münasibətlərin necə olacağı mübahisəlidir. Ölkələrarası münasibət, siyasət necə olacaq? Hər iki dövlət bundan nə kimi xeyir və zərər görə bilər? Suallar və şübhələr çoxdur. Gərək iki qardaş ölkə arasında bu kimi mövzular ümumiyyətlə gündəmə gəlməsin. Amma CHP-nin bəzi yanaşmalarında Azərbaycanla bağlı sual doğuran məqamların olması bu məsələni gündəmə gətirir. “Yeni İpək Yolu” xəritəsi də bunlardan biridir. Zaman-zaman iki ölkənin maraqlarına cavab verməyən fikirlər səsləndirilib. Son vaxtlar CHP təmsilçilərinin Azərbaycanla bağlı uyğunsuz fikirləri təəssüf doğurur. Ona görə də Azərbaycan cəmiyyəti haqlı olaraq Ərdoğanın hakimiyyətdə qalmasını istəyir. Türkiyə cəmiyyətində də Ərdoğandan sonra iqtidara gələcək siyasi qüvvənin ölkəni böhrandan çıxara bilməyəci qənaəti formalaşıb. Ümumilikdə Kılıçdaroğlunun bu açıqlaması Azərbaycana yox, Türk dünyasının maraqlarına zərərlidir”.

R.Nurullayev CHP-nin Azərbaycanla bağlı bəzi sualları cavabsız qoymasının təhlükəli olduğunu söyləyib:
“Elə sonuncu dəfə Rəcəb Tayyib Ərdoğanın keçirdiyi mitinqdəki izdihamı nəzərə alaraq deyə bilərik ki, müəyyən sosial problemlərin olmasına baxmayaraq Türkiyə xalqının arzusu onun seçilməsi yönündədir. CHP-nin Azərbaycanla bağlı aydın fikirlərinin olmaması, cəmiyyətimizi narahat edən suallara cavab verməməsini təhlükəli nüans hesab edirəm. Hətta Şuşa Bəyannaməsinin qüvvədən düşməsi üçün müəyyən addımların atılması iki ölkənin də mətbuatında müzakirə edilir. Bütün bunlar narahatlıq doğuran məqamlardır və mənim üçün qəbuledilməz yanaşmadır.
Türkiyə bizə Azərbaycan qədər əzizdir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq iki ölkə arasında münasibətlər dəyişməməlidir. Qardaş ölkənin siyasətçilərinin bizimlə bağlı mövqeyi eyni olmalıdır. Azərbaycan xalqı Türkiyə xalqının seçiminə hörmətlə yanaşırıq. Amma narahatlıq yaradan məqamları da söyləməyi lazım bilirik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar