Xəbər lenti
Böyük siyasi xadim Heydər Əliyev hər zaman dərin ehtiramla anılacaq

Manevr.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında mayın 10-da Fəxri xiyabanı ziyarət edən hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, Ümummilli Liderin prokurorluq işçilərinin rifahına xidmət edən “Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı isə prokurorluq işçiləri tərəfindən sonsuz sevinc hissləri ilə qarşılanıb və onlarda böyük ruh yüksəkliyi yaradıb: “Ulu Öndər Heydər Əliyevin prokurorluğun işini, həmçinin dövlətçiliyə olan sədaqətini dəyərləndirməklə onun fəaliyyətinə yüksək qiymət verməsi hər bir əməkdaşı qürurlandırmaqla yanaşı, üzərimizə böyük məsuliyyət qoyub. Odur ki, bu gün hər bir prokurorluq, o cümlədən hərbi prokurorluq əməkdaşı xidməti vəzifələrini layiqincə icra etməsi üçün daha əzmlə çalışır. Prokurorluq əməkdaşları Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı müdrik rəhbər İlham Əliyevin dövlətçilik, qanunçuluq, vətənpərvərlik, humanistlik və milli maraqlara xidmət edən digər ənənələrinə daim sadiq qalacaqlar. Bu il də Baş prokurorun müavini–Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluqda, mayın 6-da isə Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluqda Ümummilli Liderin 100 illik yubileyi təntənəli surətdə qeyd olunub, bu dahi insanın əziz və unudulmaz xatirəsi hörmətlə yad edilib. Əminik ki, illər qərinələr, əsrlər keçsə belə, Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsi daim ürəklərdə yaşayacaq və böyük siyasi xadim hər zaman dərin ehtiramla anılacaq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar