Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan könüllüləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan silsilə tədbirlərdə iştirak ediblər

Tarix: 10-05-2023 15:59     Baxış: 3213 A- / A+
 
Əsrlər boyu hər bir xalqın tarixində silinməz izlər qoyan dahi şəxsiyyətlər olmuşdur.  
Bu gün böyük fəxrlə xatırladığımız, Azərbaycan xalqının böyük oğlu dünya şöhrətli insan, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Ümummilli Liderin bizlərə ərmağan etdiyi dövlətçilik ənənələrinə sadiq olub onu davam etdirmək hazırda Azərbaycan gəncliyinin qarşısına qoyulmuş ən uca məqsəddir.
Təsadüfi deyil ki, 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar həyata keçirilən tədbir və layihələr də Ulu Öndərə olan böyük sevginin və dərin hörmətin nəticəsidir. “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən layihə və tədbirlərə Azərbaycan könüllüləri fəal şəkildə qoşulublar. Sözügedən silsilə tədbirlərdən əvvəl Azərbaycan könüllüləri Fəxri xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və tər güllər qoyublar.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığıyla ətraf mühitin mühafizəsinə hər zaman böyük önəm verən, Azərbaycan gənclərinə sağlam həyat buraxmaq üçün daima çalışan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək məqsədilə Müşfiqabad qəsəbəsində ağac əkmə aksiyası baş tutub. Ümumilikdə 100-dən çox könüllünün iştirakı ilə baş tutan aksiyada 700-dən çox zeytun və eldar şamı ağacları əkilib.  Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı 11 may tarixində intellektual yarış keçiriləcək. Ümumilikdə 100 nəfər könüllüdən ibarət olacaq oyunda, hər komandada 5 nəfər olmaqla 20 komanda mübarizə aparacaq. Hər komandanın bir könüllü təşkilatını təmsil etdiyi oyun “Nə? Harada? Nə zaman?” formatında baş tutacaq. 3 yer üzrə müəyyənləşən qalib komandalar kubok, medal və sertifikatla mükafatlandırılacaqlar.

Manevr.az





















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar