Xəbər lenti
Heydər Əliyevin zəngin irsi: Bu günümüz və sabahımız üçün strateji yol xəritəsi – Deputat

Manevr.az buldirir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir: “Məhz bu reallığı nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına da xüsusi olaraq diqqət yetirib. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri önə çəkirdi. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması hesab olunur. Çünki Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qoruyub saxlamış və nəsildən-nəslə ötürməyi bacarıb. Bu mənada xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənəsi insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm etdib”.

Millət vəkili hesab edir ki, Azərbaycanı yox olmaqdan parçalanmaqdan xilas edən ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə suverenliyimizin qorunub təmin edilməsiniə nail olmağın yol və istiqamətlərini müəyyənləşdirib: “Ulu Öndər Heydər Əliyev vurğulayırdı ki, “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik”. Sözsüz ki, ulu öndərin milli birliyimizə hədəflənən strateji planları sayəsində biz qalib olduq özümüzə məxsus olanı işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının Şuşada qurultayı keçirilib. Bu ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanın real mənzərəsinin əksi idi. Çünki illərdir, 50 milyonluq dünya Azərbaycanlıları “Azərbaycançılıq” ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür”.
Aqil Məmmədov vurğulayıb ki, Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməklə “Dəmir Yumruğa” çevrildi və 2020-ci ilin 27-i sentyabrında balayan 44 günlük Vətən müharibəsi ilə özünün tarixi torpaqlarını erməni işğalından azad etdi: “Sözsüz ki, azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına tarixi zəmin formalaşdırmışdı. İndi biz qalib xalq olaraq bundan sonra da ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq xalqımızın və dövlətimizin daha da çiçəklənməsi və qüdrətlənməsi istiqamətində ardıcıl səylərimizi davam etdirəcəyik”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar