Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ zəfəri Ulu öndərin arzularının ali zirvəsi idi

Tarix: 09-05-2023 18:58     Baxış: 3288 A- / A+
Ölkəmizdə təntənə ilə ümumi milli lider Heydər Əliyevin anadan olmasının 100 illiyini qeyd edirik. 
Heydər Əliyev deyəndə Azərbaycan dövlətçiliyinin varlığı,  dünəni və bu günü gəlir gözlərimiz önünə. Ölkəmiz keçmiş sovet ittifaqının tərkibində,  istərsə də ondan sonrakı  müstəqil dövründə Azərbaycan dövlətinin qüdrətlənməsi və güclənməsi üçün Heydər Əliyevin əməyi və əzyəti danılmazdır. Yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycan dövlətinin varlığını qorumaq naminə etdiyi işlər göz önündədir. Sovet İttifaqının politbüroda yüksək vəzifədə olduğu dövrdə belə Azərbaycanda baş verən hadisələri mütamadi olaraq izləyir,  Moskvada yaşamağına baxmayaraq ölkəiçi baş verən içtimai və siyasi hadisələri nəzarətdə saxlayırdı. Politbürodan uzaqlaşdırılsa belə, Bakıda baş verən 20 Yanvar hadisələrinə Heydər Əliyevin bir mənalı münasibəti hər kəsə bəllidir. Uzun illər xidmət etdiyi sovet KQB-sinin nələrə qadir olduğunu bilən ulu öndər bütün bunları nəzərə alaraq,  Moskvada mətbuat qarşısında çıxış edərək sovet ordusunun əli yalın xalqa qarşı qətlam törətməsini dünyaya bəyan etdi. Daha sonra böyük çətinliklərlə üzləşməsinə baxmayaraq Naxçıvana döndü, müstəqilllik dönəmində baş verən ölkə daxili  özbaşınalıqların qarşısını almağa böyük şəxsiyyət bir qrup ziyalı tərəfindən Naxçıvandan Bakıya dəvət edildi. Ulu öndər ölkəmizin içtimai- siyasi fəaliyyətində sabitliyi,  dövlət müstəqilliyinin qorunub saxlanılmasını təmin etdi. Bu gün ölkəmiz uğurla inkişaf edir, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev cənabları ulu öndərin yarımçıq qalan arzularının gerçəkləşməsi üçün əlindən gələni edir. 2020-ci ildə qazandığımız Qarabağ zəfəri ulu öndərin arzularının ali zirvəsi idi. Bu gün Şuşada Heydər Əliyev ili müzəffər Ali Baş komandanımız İlham Əliyev cənablarının iştirakı ilə qeyd edilir. Qarşıda bizi böyük zəfərlər,  böyük müjdəlr gözləyir. Tanrı Azərbaycanımızı qorusun! 












Rövşən Hüseynli

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar