Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu da Xankəndidəki mitinq: rüsvay oldular – Video

Tarix: 09-05-2023 15:53     Baxış: 4189 A- / A+



Günlərdir erməni separatçıların təbliğatını apardığı mitinq bu gün Xankəndidə baş tutub.
Manevr.az xəbər verir ki, mitinq 12:00-a təyin edilsə də, gözləniləndən çox gec başlayıb. Səbəb isə aksiyaya çox az sayda adamın qatılması olub.
Kadrlardan da görünür ki, aksiyaya Qarabağda olan cəmi 20-30 minlik erməni icmasının heç 1%-i də gəlməyib. Yalnız bir rakursdan edilən “canlı yayım”da da aksiyanın bir neçə on nəfərlə keçirildiyi aydın olur.
Mitinqə marağın olmaması təşkilatçıları aksiyanı tez-tələsik yekunlaşdırmağa sövq edib. Beləliklə, vaxtından gec “başlayan” mitinq bir çıxışdan sonra bitib.
Təsadüfi deyil ki, erməni mediası da bu aksiyanı işıqlandırmağa həvəs göstərməyib. Çünki bu mitinq əslində Xankəndidə separatizmin dayaqlarının məhv olduğunun, Qarabağda isə təqdim edildiyi kimi, heç də 120 min deyil, cəmi 30 minə yaxın erməni icmasının qaldığını təsdiqləyən faktdır.
Qeyd edək ki, bundan öncə separatçıların Xankəndidə keçirdiyi aksiyada 20 min civarında şəxsin iştirak etdiyini görüntüləyən video və fotolar yayılmışdı. Hələ o zaman iştirakçıların Ermənistandan gətirildiyi, mitinqə qatılan hər kəsə 50 dollar verildiyi, Xankəndi ətrafından gələnlərin isə maşınlarının isə yanacaqla da təmin edildiyi bildirilmişdi.
Hazırda “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyət göstərdiyi üçün Ermənistandan aksiyaya qatılmaq mümkün deyil. Ona görə də separatçıların aksiyası və separatizmin əsl mahiyyəti bu cür üzə çıxır.axar.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar