Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Faşizm üzərində qələbədə Azərbaycanın qəhrəman övladlarının rolu danılmazdır

Tarix: 09-05-2023 10:42     Baxış: 3280 A- / A+
Aqil Məmmədov,  Milli Məclisin deputatı


"Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə Günündə müharibənin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını alıb."
Bu sözləri 9 May ərəfəsində açıqlama verərkən Milli Məclisin deputatı Aqil Məmmədov deyib. O, əlavə edib ki, Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan milli atıcı diviziyalarımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib:
"Qəhrəman azərbaycanlılar təkcə SSRİ-nin şəhərlərinin deyil, Şərqi Avropa ölkələrinin də azad olunmasında da yaxından iştirak ediblər.
1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. Qəhrəman Azərbaycan övladları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı çoxsaylı ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin də orden və medallarını almışlar.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında Bakı nefti əhəmiyyətli amil olmuşdur. Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi.
Sovet İttifaqının marşalları Jukov, Rokosovski, Tolbuxin Azərbaycan neftçilərinin əməyinə çox yüksək qiymət vermişlər. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir.
Azərbaycan xalqı arxa cəbhədə misilsiz əmək qəhrəmanlığı göstərmişdir. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi."- Deputat açıqladı.
Aqil Məmmədov 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün milyonlarla vaqon quru yük və neft sisternləri göndərildiyini xatırladaraq bildirdi ki, Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə yüz minlərlə nəfər hərbi və mülki şəxs, yüzlərlə təyyarə, tank, zirehli maşın, traktor, yüz minlərlə ton döyüş sursatı və müxtəlif yüklər daşındı. Respublikanın müəssisələri şinel, yay geyimi, alt paltarı, çəkmə, patron çantası, trikotaj istehsal etmişdi. Azərbaycan xalq təsərrüfatından orduya minlərlə yük, minik maşını və digər avtomobil səfərbər edilmişdi:
" Azərbaycanın kənd əməkçiləri ölkəyə yüz minlərlə ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.
1941-ci ildə respublikada çoxlu sayda hərbi hospitallar yaradılmış, müharibə illərində respublikada donor hərəkatı genişlənmişdi. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı. Azərbaycan xalqı 1941-1943-cü illərdə müdafiə fondu üçün qızıl, gümüş, pul toplamış, cəbhəyə vaqonlarla müxtəlif əşya və isti paltar, külli miqdarda ərzaq göndərmişdi.
Müharibə illərində Azərbaycan bəstəkarları vətənpərvərlik mövzusunda sonradan Dövlət Mükafatı qazanmış xeyli gözəl əsərlər yazmışdılar.
Azərbaycanlılar faşizmə qarşı partizan və müqavimət hərəkatınd da fəal iştirak etmişdilər. Azərbaycanlılar Ukraynada, Belarusda, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət hərəkatında igidliklə vuruşmuşdular. Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi.
Ulu Öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi veteranları haqqında deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir namuslu Azərbaycan vətəndaşının borcudur”.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsi haqqında söyləyib: “Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk”.
Bu qayğılı münasibətin təsdiqi olaraq, Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq Sərəncamı imzalamışdır."- Deputat bildirdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar