Sizin Reklam Burada
Xəbər lenti
23-04-2026
22-04-2026
BÜTÜN XƏBƏRLƏR

“Putinin aşpazı” həyati səhvə yol verdi – O, artıq ölümlə üz-üzədir

Tarix: 05-05-2023 18:33     Baxış: 3268 A- / A+

“Vaqner” birləşməsinin rəhbəri Yevgeni Priqojin ölən muzdluların görüntülərini yayımlayaraq, ciddi sursat çatışmalığının olduğunu bildirib və bunda Rusiya müdafiə naziri Sergey Şoyqu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimovu günahlandırıb, onları təhqir edib. Daha sonra isə döyüşçüləri ilə video paylaşaraq sursat çatışmazlıığına görə Baxmutdan çıxdıqlarını və mövqelərini rus qoşunlarına təslim etdiklərini açıqlayıb.
Bu, müharibənin gedişatına necə təsir göstərəcək? Putinin sağ əli adlandırılan şəxsin bu cür addımlarına səbəb nədir?
Manevr.az xəbər verir ki, Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov Baxmut ətrafındakı ümumi vəziyyəti dəyərləndirib:
“Son 6 ayda Baxmut uğrunda sözün həqiqi mənasında ölüm-dirim mübarizəsi gedir. Yayılan görüntülərdə də Rusiyanın muzdlu döyüşçülərdən ibarət birləşməsi olan “Vaqner” Baxmutdan çıxdığını elan etdi. Bu o deməkdir ki, Ukrayna sözügedən ərazidə psixoloji və hərbi üstünlüyü ələ alıb. Düşünürəm ki, bundan sonrakı müddətdə Ukrayna Rusiya silahlılarını Baxmutdan çıxaracaq. Təkcə bu istiqamətdə “Vaqner” 30 minə yaxın canlı qüvvə itirdiyini açıqlamışdı. Döyüşlərin aylardır davam etməsinə baxmayaraq strateji məntəqə adlandırılan əraziyə nəzarətlə bağlı üstünlük əldə oluna bilmir. Görünən odur ki, Ukraynanın bu gedişlə digər ərazilərini işğaldan azad etmə prosesi daha da sürətlənəcək”.


Politoloq bunun “Putinin aşpazı”nın ölümünə səbəb ola biləcəyini deyib:
“Yevgeni Priqojinin bu açıqlaması Rusiya ordusu daxilində ciddi problemlərin yaranmasına səbəb olacaq. Ümumiyyətlə, Ukraynada davam edən müharibəyə ciddi təsir göstərəcək və Rusiyanın dayaqlarını zəiflədəcək. Özü hücuma başlamış dövlət üçün bu kimi məqamlar qəbuledilməzdir. Bu, Putinin komandasında da narazılıqla qarşılanır və yəqin ki, komanda daxilində müəyyən çatların əmələ gəlməsinə səbəb olacaq. Rusiya siyasi elitasında Priqojindən daha güclü şəxslər var və onu aradan götürməyə çalışacaqlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar