Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yunkerin sammitə sərxoş gəlməsinin səbəbi – Trofimçuk

Tarix: 08-05-2017 09:15     Baxış: 4362 A- / A+
Yunkerin sammitə sərxoş gəlməsinin səbəbi
Avropa Birliyi hiss edir ki, birbaşa müharibəyə cəlb edilə bilər.

Manevr.az-ın məlumatına görə, bu sözləri axar.az-a Avropa Birliyinin Baş diplomatı Federika Moqerinin dünənki bəyanatını şərh edən rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.

“Moqerininin dünənki bəyanatı kifayət qədər sərt idi. Vaşinqtonun ünvanına yönələn bu bəyanatın iki əsas səbəbi var idi. Bunlardan birincisi ABŞ-ın yeni administrasiyasının bütün fəaliyyətinin Avropa tərəfindən anlaşılmaması, ikincisi isə Avropanın Ağ Evin bütün əmrlərini avtomatik icra etməyə hazır olmamasıdır. Avropa Birliyi hələlik nə Amerikadan ayrılır, nə də ki, süqut edir. Lakin AB hiss edir ki, bu cür qaranlıq yanaşmalar sayəsində o, böyük problemlərə və hətta birbaşa müharibəyə cəlb edilə bilər. Onsuz da Avropanın özündə, Ukrayna da daxil olmaqla, bir neçə yeni gərginlik ocağı yaranıb. Jan Klod Yunkerin AB sammitinə sərxoş gəlməsi bəlkə də bu tipli problemlər ucbatından ola bilər.

AB-nin aparıcı dövlətləri müəyyən müddətdir ki, Avropanın öz ordusunun yaradılmasının vacibliyindən danışırlar. Bu mövzu hələ də ortadan qaldırılmayıb, sadəcə, Avropanın özü bunun haqqında ictimai formada az danışmağa başlayıb. Belə ki, əgər Brüssel Vaşinqtondan ayrılmaq qərarı alsa, o zaman bütün gücün baza elementləri səssiz və qapalı rejimdə hazırlanmalıdır. Əks təqdirdə Vaşinqton avronu zəiflədəcək və maliyyə cəhətdən zəifləyən AB Amerikaya lazım olan hər şeyi edəcək”, – deyə o bildirib.

Trofimçuk ABŞ-ın hazırda Avropa Birliyinə istənilən şərtini diktə etmək gücündə olduğunu bildirib:


“Amerika bu gün Avropa dövlətlərinə lazım bildiyi hər şeyi edə bilər. Ola bilsin ki, məhz bu səbəb ucbatından AB-nin Moqerini kimi siyasətçiləri açıq-aşkar narahatlıqlarını bəyan etməyə başlayıb. Vahid Avropa Vaşinqtona sadəcə keçmiş sovet məkanındakı dövlətçilik qalıqlarına qarşı “qoçbaşı” kimi istifadə etmək üçün lazım idi. Üstəlik, vahid Avropa həm də vahid antirusiya strukturu olmalı idi. Əks təqdirdə Ağ Ev bütün əsas Avropa dövlətləri ilə bu məsələ üçün ayrıca danışmalı idi. Avropanı əbədiyyən yemləyib, onun pul vahidi olan avronu dəstəkləməyi ABŞ düşünmür. Amerika özünə lazım olanları Breksit olmadan da gerçəkləşdirəcək. Artıq bəzi Avropa ölkələri panikaya düşməyə başlayıblar ki, onların AB-də qalması, yoxsa buranı tərk etməsi daha sərfəlidir”.

Trofimçukun fikrincə, ABŞ Avropada artıq yeni geosiyasi vəziyyət formalaşdırır. O, Vaşinqtonun layihəsinin tərkibinə AB ilə Rusiya arasında bufer zonasının yaradılmasının da daxil olduğunu bildirib:

“Amerika artıq AB ilə Rusiya arasında praktik olaraq bufer zonası yaradır. Azərbaycan hələlik uğurla bu çətin geosiyasi və regional sxemi uğurla balanslaşdıraraq, tam şəkildə Qərbin tabeliyinə keçmir. Şərqi Avropadakı keçmiş sovet bloku ölkələrində birbaşa hərbi antirusiya kordonu yaradılır. Söhbət ilk növbədə Polşa, Rumıniya və Baltikyanı ölkələrdən gedir. Qərbin layihəsinə əsasən Rusiyanı əhatə edəcək digər istiqamət isə ona daha yaxın ölkələr, xüsusilə, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan olmalıdır. Bu plan reallaşdıqdan sonra yaxın ətrafın (bufer zonasına daxil olanlar – red.) iştirakçıları olan ölkələr Vaşinqton tərəfindən xanım Moqerini kimi qəbul edilməyəcəklər. Bu ölkələrə münasibət (onlar Rusiyadan tam etibarlı şəkildə ayrıldıqdan sonra – Q.T.) adi komanda rejimində və daha sərt olacaq”.

Qeyd edək ki, dünən Federika Moqerini ABŞ-ın dünyada liderliyini itirdiyini bildirib. O, Avropa Birliyinin artıq ABŞ-dan daha etibarlı tərəfdaşa çevrildiyini bəyan edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar