Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Özbəkistan: referendumun nəticələri açıqlanıb

Tarix: 01-05-2023 14:37     Baxış: 4212 A- / A+

Özbəkistanda konstitusiyaya dəyişikliklər referendumunun ilkin nəticələri açıqlanıb.
Erkən səsvermə 19-26, əsas səsvermə 30 apreldə keçirilib.
Manevr.az bildirir ki, rəsmi hesabata görə, referenduma qatılanların 90,21 faizi yenilik təkliflərini dəstəkləyib.
Layihə parlamentin – Ali Məclisin yuxarı palatası olan Senatın say tərkibinin azaldılmasını, ardıcıl iki dəfədən artıq Senat sədri seçilməyə yasağı nəzərdə tutur.
Yuxarı palataya bəzi əlavə səlahiyyətlər, o cümlədən üçdə iki səs çoxluğu ilə özünü buraxmaq hüququ verilir.
150 nəfərdən ibarət Qanunverici Palata prezident qarşısında Nazirlər Kabinetini istefaya göndərilməsi barədə məsələ qaldırmaq, üçdə iki səs çoxluğu ilə özünü buraxmaq səlahiyyətləri alır.
Təklifə görə, heç kim ardıcıl iki dəfədən artıq aşağı palatanın sədri seçilə bilməz.
Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılır, indiki dövlət başçısına yenidən seçilmək imkanı yaradılır. Prezident aşağı palatanı buraxa, növbədənkənar prezident seçkisi təyin edə bilər.
Hazırda prezident postunu Şövkət Mirziyayev tutur. 1957-ci il təvəllüdlü Şövkət Mirziyayev 2003-cı il dekabrın 12-dən baş nazir olub, 2016-cı il sentyabrın 8-dən prezident səlahiyyətlərini icra edib, dekabrın 4-də prezident seçilib.
Şövkət Mirziyayev 2021-ci ildə erkən səsverməsi 14-20 oktyabr arası, əsas səsverməsi oktyabrın 24-də keçirilmiş prezident seçkisində də qalib gəlib.novator.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar