Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qriqoryan yalan deyir, yol Rusiyaya verilməyib – Akopyan

Tarix: 28-04-2023 11:15     Baxış: 3232 A- / A+


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinin “Rusiyaya məxsus olması” ilə bağlı bəyanatından xoşagəlməz “sürprizlər” gözləmək lazımdır.
Manevr.az xəbər verir ki, bunu erməni mediasına açıqlamasında erməni politoloq Vigen Akopyan Laçın yolu ilə bağlı Ermənistanın Rusiyadan “tələbləri” haqda qeyd edib.
Onun fikrincə, Qriqoryan 10 noyabr 2020-ci il bəyanatının mətni ilə tanış olmaya bilməz, lakin Ermənistan elitası və xüsusən də Qriqoryan Qərblə danışıqların kuratorudur və danışıqları daha da kəskinləşdirmək, ictimaiyyətin diqqətini Rusiyanın roluna yönəltmək istəyir:
"Məncə, bu, sadəcə olaraq, təbliğat hiyləsidir, Ermənistan cəmiyyətinin, deyək ki, məlumatsız hissəsinin diqqətini Rusiyanın nöqsanlarına yönəltmək üçün manipulyasiyadır. Bu, əslində hər şeyin Rusiyaya “verildiyini”, məsələləri onun həll etməli olduğunu göstərmək məqsədi daşıyır”.
Akopyan Qriqoryandan fərqli olaraq, Nikol Paşinyanın hökumətin iclasında belə ifadə işlətməkdən çəkinməsinə diqqət çəkib:
“Söhbət Ermənistanın Qərbə dönüş prosesindən gedir. Bu prosesdən əvvəl Rusiyaya qarşı ittihamlara hazırlıq gedir. Eyni zamanda, hər mətbuat konfransından və ya Qriqoryanın manipulyasiya xarakterli bəyanatlarından sonra erməni tərəfi üçün neqativ hallar baş verir. Ermənistanın nəyə görə Rusiyanın vasitəçiliyi ilə deyil, Brüssel və ya Vaşinqton platformasında sülh müqaviləsi bağlamağa çalışması ilə bağlı əsaslandırmalar hazırlanır. Ermənistan hakimiyyəti demək istəyir ki, guya onlar Rusiya öz öhdəliklərini yerinə yetirsin deyə, hər şeyi ediblər, lakin Moskva bunu etmir, 10 noyabr razılaşması çərçivəsində təhlükəsizlik arxitekturası keçərli deyil və Ermənistan yeni təhlükəsizlik sistemi, yeni oyunçular tapmalıdır”.
Qeyd edək ki, Qriqoryan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın yolunun Rusiyaya “məxsus olduğunu” iddia edib. Jurnalistin “nəzarət edir, yoxsa məxsusdur?” sualına Qriqoryan “məxsusdur” cavabını verib və əlavə edib: “10 noyabr bəyanatı ilə Laçın dəhlizi tamamilə Rusiyanın tərkibinə verilib və bütün hadisələrə görə məsuliyyəti Rusiya daşıyır, elə etməlidir ki, Qarabağda yaşayan ermənilər “etnik təmizlənmə”yə məruz qalmasın”.
Xatırladaq ki, bəyanatın 6-cı bəndində Laçın dəhlizi üzərində sülhməramlı kontingentin “mənsubiyyəti” yox, “nəzarət”indən bəhs edilir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar