Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
BÜTÜN XƏBƏRLƏR

Freddinin 1500 əşyası satışa çıxarılacaq - Şəkillər

Tarix: 27-04-2023 22:37     Baxış: 4180 A- / A+
Freddinin 1500 əşyası satışa çıxarılacaq - Fotolar1991-ci ildə vəfat edən İngiltərənin məşhur "Quenn" qrupunun üzvü Freddi Merkurinin şəxsi əşyaları satışa çıxarılacaq.

İfaçının 1500 şəxsi əşyası, kolleksiyası, o cümlədən mahnı sözlərinin yer aldığı əlyazması və səhnə geyimləri "Sotheby’s" hərrac evi tərəfindən satışa qoyulacaq. Əşyalar mərhumun eks-sevgilisi, sonralar isə ən yaxın dostuna çevrilən Meri Ostin tərəfindən hərraca təqdim olunub. O, kolleksiyanı 30 il ərzində toplamağı bacarıb. Ostin bir neçə şəxsi hədiyyə və birlikdə çəkdiyi fotoşəkillərdən başqa hər şeyi satacaq.

Həmin əşyalar arasında Merkurinin ölümündən bir ay əvvəl aldığı son tablo (hərracda 400-600 min funt-sterlinqə satılacağı guman edilir), qiyməti 300 min funt-sterlinq (636 226 manat) olan "We Are The Champions" mahnısının əlyazması, müğənninin 1986-cı ildə son canlı ifası zamanı səhnəyə çıxarkən taxdığı tac və mantiya, son qastrol səfərində geyindiyi payetli kombinezonlar, parıldayan ayaqqabılar, 1975-ci ildə "Crazy little thing called love" mahnısını bəstələyərkən istifadə etdiyi gitara, çarpayısının yanında saxladığı telefon, sifarişlə hazırlanmış mərmər bar, yaşıl "F" monoqramlı kokteyl salfetləri, kiçik gümüşü bığ darağı, 1991-ci ilin mayında lentə alınmış son klipi - "These days of our life"ın çəkilişlərində geyindiyi jileti (üzərində pişiklərinin portretləri əks olunub) yer alır.

Hərraca çıxarılan əşyalar illərdir Merkurinin 1991-ci ildə ölümündən əvvəl həyatının son illərini keçirdiyi Londondakı evində saxlanılıb. Mülk onun ölümündən sonra vəsiyyəti əsasında bütün əşyaları ilə birlikdə Ostinin adına keçib. O, mirasında "Sən mənim həyat yoldaşım ola bilərdin və onsuzda bütün bunlar sənə qalacaqdı" deyə, bildirib.

Hərracda 6 milyon funt-sterlinqdən çox gəlir əldə ediləcəyi gözlənilir. Əldə ediləcək vəsaitin bir hissəsi xeyriyyə məqsədləri üçün istifadə olunacaq. axşam.az

Manevr.az 

Freddinin 1500 əşyası satışa çıxarılacaq - FotolarFreddinin 1500 əşyası satışa çıxarılacaq - FotolarFreddinin 1500 əşyası satışa çıxarılacaq - FotolarFreddinin 1500 əşyası satışa çıxarılacaq - FotolarFreddinin 1500 əşyası satışa çıxarılacaq - Fotolar

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar