Xəbər lenti
Ədəbiyyat İnstitutunda türk ziyalılarla görüş -ŞƏKİLLƏR

Qonaqları salamlayan AMEA-nın prezidenti, akademik Həbibbəyli Azərbaycan-Türkiyə əlaqələrinin tarixindən bəhs edərək, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladıb. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. İki qardaş ölkə arasındakı münasibətlərin Ümummilliliderin qoyduğu təməllər üzərində sürətlə inkişaf edib yeni mərhələyə yüksəldiyini vurğulayıb. “Azərbaycan sözün əsl mənasında sürətlə inkişaf edir, intibah dövrü yaşayır. Bu günlərdə Heydər Əliyev günləri başlayıb, bayram içindəyik. Bütün hallarda Türkiyə ilə birlikdəyik. Bunun əsasını da ulu öndər Heydər Əliyev qoyub. Bu il Türkiyə Cümhuriyyətinin 100 illiyidir. Azərbaycan üçün bu bir bayramdır. Mən düşünürəm ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi lideri olan ölkələrin qarşısında ancaq yaşıl işıq yanır. Hayrettin İvgin türk dünyasında elmin, mədəniyyətin inkişafında etibarlı körpüdür. Onun başqanlığı ilə bura gəlməyiniz bizim üçün çox qiymətlidir. O, Türkiyəyə yüzlərlə etibarlı dost qazandırıb” – deyən akadeik İsa Həbibbəyli sarsılmaz münasibətlərin əbədi olacağına inamını ifadə edib. DÜSA-nın İdarə Heyətinin sədri Hayrettin İvgin çıxış edərək Azərbaycana səfərlərindən məmnun qaldıqlarını dilə gətirib. Vüqar Əhmədi 60 illik yubileyi münasibətilə təbrik edərək, ona Dünya Söz Akademiyası Başqanlığının “Şərəfli ömür bəlgəsi”ni təqdim edib. Eyni zamanda akademik İsa Həbibbəyliyə “Akademik Kurul Üyəliyi Bəlgəsi”ni və Kürəsini təqdim edib. Görüşdə Türkiyədən gəlmiş qonaqlar və AR Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyin Elmi-Tədqiqat Aerokosmik İnstitutunun direktoru, professor Elçin İsgəndərzadə çıxış edərək Türkiyə və Azərbaycan arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafında alimlərin də böyük əməyi olduğunu vurğulayıblar.
Gülnar Səma
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu İctimaiyyətlə əlaqələr şöbəsi











Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar