Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı niyə Laçın yolunda post qurdu?- Korotçenko

Tarix: 25-04-2023 12:12     Baxış: 3194 A- / A+

Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi quraşdırması qərarı məcburi xarakter daşıyır. Səbəb odur ki, Laçın dəhlizi Ermənistan ərazisindən Qarabağa müxtəlif növ silah-sursat və minaların daşınması üçün istifadə olunurdu.
Manevr.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 23 apreldə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması haqda qeyd edib.
O bildirib ki, səbir kasasını dolduran son damla Azərbaycan postlarına təchizat aparan hərbi maşının və bir əsgərin erməni minalarına düşməsi və 3 hərbçinin yaralanması oldu:
“Müəyyən edildi ki, Azərbaycan hərbi maşınının və əsgərin düşdüyü tank və piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisinə gətirilib.
Ermənistanın reaksiyasına gəlincə, bu, son dərəcə isterikdir və təbii ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına İrəvandan heç bir razılıq yoxdur. Əksinə, hansısa “yeni erməni soyqırımı”, hazırlanmaqda olan “etnik təmizləmə” və s. təbliğat xarakterli bəyanatlar səsləndirilir. Təbii ki, bunların hamısı təbliğatdır. Reallıq odur ki, nəzarət proseduru təmin ediləcək”.
Ekspertin sözlərinə görə, Qarabağda məskunlaşan xoşniyyəti ermənilər problem olmadan Ermənistana gedə və gələ biləcəklər.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar