Xəbər lenti
"Azərbaycan öz ərazisində atacağı addımları kimləsə müzakirə etməyəcək" - deputat


Milli Məclisin deputatı Müşfiq Məmmədli Manevr.az-a açıqlamasında Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulmasını böyük tarixi hadisə və mühüm əhəmiyyət kəsb edən addım kimi dəyərləndirib.
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan imzalanmış 3 tərəfli bəyanata sadiq qalaraq bütün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Ölkə rəhbəri bu müddət ərzində dövlətimizin məramını beynəlxalq tribunalarda qəti şəkildə bildirib. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Azərbaycan öz ərazisində atacağı addımları kimləsə müzakirə etməyəcək. Bunu birmənalı olaraq erməni hakimiyyəti, separatçılar və onlara havadarlıq edən qüvvələr bilməlidirlər!", - deyə M.Məmmədli qeyd edib.
Nigar N.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar