Xəbər lenti
Aqil Məmmədov: "Laçın-Xankəndi yolunda post quruldu: Addım-addım hədəflərə doğru"
Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsənin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Çünki Azərbaycan II Qarabağ müharibəsindən sonra bu yoldan erməni icmasının normal istifadəsi üçün hümanist yanaşma sərgiləmişdi. Amma müşahidələr və faktlar göstərdi ki, bu yoldan heç də Xankəndidəki ermənilərin Ermənistanla normal-gediş gəliş üçün istifadə etməyib. Bu yoldan silah-sursat, terrorçu, təxribatçı və minalar daşınıb. Azərbaycan dövləti də məhz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz ərazisinə qanunsuz daxilolmaların qarşısını almaq üçün qanuni tədbirlər görüb.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Laçın-Xankəndi yolunda 12 dekabr 2022-ci ildən etibarən azərbaycanlı ekofəalların ərazimizdəki təbii ehtiyyatların qanunsuz istifadəsinə görə etiraz aksiyası keçirir: “Bu aksiya fonunda yola nəzarət de-fakto Azərbaycan tərəfindən həyata keçirilib. Çünki 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri bu yoldan hərbi məqsədlər üçün istifadə edib. Eyni zamanda silah-sursat, təxribatçılar, terrorçular, minalarla yanaşı Azərbaycanın talan olunan təbii sərvətləri də bu yolla Ermənistana daşınıb. Məhz bu yoldan sui-istifadənin nəticəsində rus sülhməramlı kontingentinin müvəqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz erməni silahlılarının sayı durmadan artmış olub”.
Deputat hesab edir ki, tezliklə Laçın da daxil olmaqla digər azad olunmuş ərazilərə mülki insanlarımızın köçməsini nəzarə alsaq bu yoldan separatçıların və digər silahlıların sərbəst isfidəsi böyük təhlükələrə səbəb ola bilərdi: “Çünki ermənilərin Laçın yolundan sui-istifadə etməsi halında mülki insanlarımızın həyatı üçün hər zaman təhlükələr yaranması qaçılmaz idi. Sözsüz ki, vəziyyətin bu formada davam etməsi Azərbaycan xalqı və dövləti üçün də qəbuledilməz hesab olunurdu”.
Millət vəkilinə görə, Azərbaycanın bu yolda DSX-nın postunun qoyması Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır: “Əksinə bu qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Təbii ki, ekoaktivistlər etiraza başlayanda da erməni təbliğatçıları deyirdilər ki, “guya Xankəndidə humanitar fəlakət yaradılır”. İndi də erməni tərəfi və onun havadarları eyni təbliğata başlamağa cəhd edəcəklər. Amma birmənalı şəkildə hamı dərk etməlidir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilər. Separatizm meylləri olan şəxslər üçün isə qapı açıqdır”.
Aqil Məmmədov vurğulayıb ki, Praqa və Soçi sənədləri ilə Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb: “Bu günlərdə parlamentdə çıxışı zamanı N.Paşinyan bunu bir daha təsdiq etdi. Ermənilər və Ermənistan bunu qəbul edirsə, kənar qüvvələr bundan narahat olmamalıdır. Onə görə də, bu kimi məsələlərdə Roma papasından artıq katolik olmağa ehtiyac yoxdur. Eyni zamanda Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub. Bu halda Azərbaycan da adekvat addım atmalı idi. Qarabağda yaşayan ermənilərə gəldikdə isə onlar Azərbaycan Prezidenti Administrasiyasının təklifini qəbul edib reinteqrasiya məsələri üzrə təmaslara başlamalıdırlar. Nə qədər tez bu proses başlayarsa, o qədər də daha tez yerli erməni əhalinin həyat tərzi yaxşılaşa bilkər. Çünki bundan başqa yol mövcud deyil. Rus sülhməramlıları isə heç bir halda bu prosesə maneə olmamalıdır”.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar