Xəbər lenti
İrəvanda şok: Azərbaycanlı ilə erməni polis dalaşdı

Belə bir sensasion iddia ilə erməni mediası (168.am) çıxış edib.
Hadisənin dəqiq tarixi açıqlanmasa da, “bir neçə ay əvvəl” olduğu bildirilib.
İddiaya görə, ermənicə kifayət qədər yaxşı danışan azərbaycanlı olduğu düşünülən şəxs Vazgen Sərkisyanın məzarı yanında oturaraq, bəzi rituallar edir, qəribə səslər çıxarır, əllərini qaldırıb-endirirmiş.
Polis həmin şəxsin kimliyini və panteona gəlişinin məqsədini öyrənmək üçün onunla gəlməyi tələb edəndə sonuncu müqavimət göstərib.
Becanov soyadlı şəxs bildirib ki, Azərbaycanda doğulmasına, azərbaycanlı ad-soyad daşımasına baxmayaraq, ermənidir və Ermənistanda çoxdan məskunlaşıb.
O əlavə edib ki, polis onu azad etməsə, ciddi problemlərlə üzləşəcək.
Hadisənin necə bitdiyi, bir neçə ay öncə baş verən olayın mediaya niyə indi çıxdığı, Becanovun dəqiq kimliyi haqda məlumat verilmir. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar