Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yevlaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib

Tarix: 19-04-2023 14:14     Baxış: 4261 A- / A+
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının və Dövlət Miqrasiya Xidməti Yevlax Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin birgə təşkilatçılığı  “Ümummilli Lider Heydər Əliyev milli inkişaf strategiyasının tərkib hissəsi olan miqrasiya siyasəti modelinin banisidir” mövzusunda tədbir keçirilmişdir.

Manevr.az xəbər verir ki, tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, DMX-nin Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin rəisi vəzifəsini icra edən Vüsal Xəlilov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişlər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad edib,müqəddəs xatirəsinə öz ehtiramlarını bildiriblər. Dövlət Himni səsləndirilib.  Müstəqil müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev tədbiri açaraq qeyd etdi ki,  Azərbaycan xalqı çox xoşbəxtdir çünki, tarix ona Heydər Əliyev kimi dünyamiqyaslı dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir. Ölkəmizin ən yüksək inkişaf dövrü məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Azərbaycanın böyük tərəqqi yoluna çıxması məhz dahi Heydər Əliyevin ölkəmizin və dövlətimizin maraqları naminə həyata keçirdiyi müdrik siyasətinin məntiqi nəticəsidir. Vətən müharibəsindəki parlaq Qələbəmiz, ümumilikdə isə ölkəmizin hərtərəfli inkişafı bir daha deməyə əsas verir ki, dahi Heydər Əliyev kursunun ən layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət ən yüksək Zirvələri fəth edərək, qızıl hərflərdən ibarət tarix yazır və dahi Öndərimizin ideyaları əbədi olaraq yaşayır. Sonra Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti Yevlax şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüsal Xəlilov bildirdi ki, tarixə qısaca nəzər salanda Azərbaycanı müstəqilliyə aparan yolların heç də asan və hamar olmadığı aydın görünür. Xalq belə gərgin,acınacaqlı vəziyyətdən yeganə çıxış yolunu görkəmli siyasi xadim Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə görmüşdür. Uzaqgörən siyasəti ilə Azərbaycanın qurtuluşuna imza atmış Liderimizin ölkənin bütün sahələrinə olduğu kimi miqrasiya sahəsinə xüsusi diqqət göstərməsi ölkədə bu proseslərin respublikamızın tərəqqisi naminə istiqamətləndirilməsinə şərait yaratdı.  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müdrikliyi ilə miqrasiya prosesinin mahiyyətini açaraq bu prosesi yüksək qiymətləndirmişdir: “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir”. Ümummilli lider Heydər Əliyev ölkədə daxili–məcburi miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsinin əsasını yaratmışdır.Bu gün dövlət başçısı cənab İlham Əliyevin ali rəhbərliyi altında vAzəraycan böyük inkişaf yolunda uğurla addımlayır. Bütün bu uğurların əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin adı xalqımızın qəlbində daim yaşayacaqdır. Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov,DMX-nin Yevlax şəhər Qanunsuz Miqrantların saxlanılması Mərkəzinin baş inspektoru Rəşad Hacıyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yevlax şəhər 9№-li tam orta məktəbin direktoru Səxavət İsmayılov tədbirdə çıxış edərək YAP xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan tarixinin ən şərəfli, ən parlaq səhifələrinin müəllifi olduğunu vurğulayıblar. O, təxminən yarım əsr bundan əvvəl Azərbaycan xalqına rəhbər seçildikdən sonra bütün ölkənin həyatında hərtərəfli dönüş mərhələsi başlanmış, hər bir sahənin inkişafında, eləcə də, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan xalqı bu gün dahi şəxsiyyətimizin müdrik siyasətini layiqincə davam etdirən güclü Liderin həyata keçirdiyi bənzərsiz siyasətin ətrafında “Dəmir Yumruq” kimi sıx birləşərək, Heydər Əliyev zəkasının işığı altında firavan gələcəyə doğru inmala addımlayır.


Sevda S
Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar