Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib

Tarix: 19-04-2023 11:48     Baxış: 4293 A- / A+



Abşeron-Xızı regional təhsil idarəsinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram teatrında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə  keçirilən tədbirdə  şəhər  İcra Hakimiyyətinin başçıs Zakir Fərəcov, Millət vəkili Müşfiq Məmmədli, ziyalılar və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildiyimiz kimi  may ayının onunda Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. 
Bu münasibətlə Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabeli təhsil müəssisələrində müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər davam edir və ulu öndərin irsinin yaşadılması, şagirdlərə təbliği istiqamətində böyük işlər görülür. Çıxış edənlər qeyd ediblər  ki, təhsilin intibahı məhz Heydər Əliyevin adı ilə bağlıdır.  Tədbir ədəbi bədii kompozisiyalarla davam etdirilib. Vurğulayaq ki, ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı yer tutub. Ulu öndər təhsil sahəsində atılan addımların gələcəyə yatırılan investisiya olduğunu qiymətləndirərək, bu sahəyə xüsusi diqqət ayırıb. Bu siyasət Heydər Əliyev siyasi məktəbinin yetirməsi, Prezident İlham Əliyev tərəfindən davam etdirilir və ölkəmizin inkişaf dinamikasına uyğun olaraq şaxələndirilir.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar