Xəbər lenti
Nəriman Məmmədov sədr vəzifəsindən istefa verdi - Şəkil

Toplantı iştirakçıları mövcud vəziyyət, aparılan kino islahatlarının cari vəziyyəti, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər" mövzusunda Kino Forumunda ümumi müzakirəyə çıxarılacaq məsələlər barəsində və Kino Prodüserlər Gildiyasının adından çıxış edəcək məruzəçilər haqqında fikir mübadiləsi aparıblar.
Görüşdə üzvlərin sayının artırılması, Gildiyanın daha böyük hədəflərə çatması, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlığın qurulmasına dair fikirlər söylənilib.
Görüşdə Gildiyaya yeni üzvlər qəbul olunub, sədr Nəriman Məmmədov isə öz ərizəsi ilə istefa verdiyini bildirib. Yığıncaqda iştirak edənlər yekdilliklə ictimai birliyə müvəqqəti sədrliyi Gildiyanın sədr müavini Nazim Hüseynova həvalə ediblər.
Gildiyanın sədri vəzifəsinə seçkilərin tarixi barədə məlumat tezliklə icimaiyyətə çatdırılacaq. qaynarinfo
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar