Sizin Reklam Burada
Xəbər lenti
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimov Firuzə İbadova ilə bağlı paylaşım etdi

Tarix: 17-04-2023 17:56     Baxış: 3236 A- / A+

Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı Mübariz Mənsimov Əməkdar artist Firuzə İbadova görüşünün şəklini paylaşıb. 
Manevr.az Mübariz Mənsimov müğənninin onu ziyarətə gəldiyini bildirib:
"Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova qonağım olub. Firuzə xanım əsl kişi xasiyyətli insandır. Həbsdə olduğum müddətdə Firuzə xanım məni yalnız buraxmadı, dəstək olmaq üçün bilet alıb İstanbula gəldi. Saxlandığım həbsxananın qarşısında saxta ittihamlarla həbsimə etiraz səsini ucaltdı. Firuzə xanım mənimlə bağlı bütün məhkəmə proseslərində iştirak edib. Belə mərd, sədaqətli insandır, Firuzə xanım. Gözəl və mərd Azərbaycan xanımı". 
Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi, Azərbaycanın əməkdar artisti Firuzə İbadova bugün "Palmali Holding" şirkətinin prezidenti, iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun qonağı olub. "Firuzə xanım əsl kişi xasiyyətli insandır" deyən Mənsimov xatırladıb ki, həbsdə olduğu müddətdə Firuzə xanım onu yalnız buraxmayıb, dəstək olmaq üçün bilet alıb İstanbula gəlib, saxlandığı həbsxananın qarşısında saxta ittihamlarla həbsinə etiraz səsini ucaldıb. Firuzə xanım Mübariz Mənsimovun işi ilə bağlı bütün məhkəmə proseslərində iştirak edib. "Belə mərd, sədaqətli insandır, Firuzə xanım", - deyə "Palmali Holding" şirkətinin prezidenti vurğulayıb.
Əməkdar artist Firuzə İbadova isə deyib ki, Mübariz Mənsimov kimi mərd, cəsur, xeyirxah və vətənpərvər insanı müdafiə etmək, onunla çiyin-çiyinə dayanmaq hər bir azərbaycanlının borcudur. "Mən adım kimi əmin idim ki, Mübariz Mənsimovun heç bir günahı yoxdur. Ola bilməz. Bu səbəbdən ən ağır anlarda onun yanında olmaq hər birimizin mənəvi borcu idi", - deyə Firuzə İbadova bildirib.

Fidan Guliyeva

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar