Xəbər lenti
Anna Akopyan Bayrağımızı yandıranla...

Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Anna Akopyan Ermənistanın 4 geyim brendi içərisində Aram Nikolyanın “Nikolyan” brendinə xüsusi diqqət ayırıb və onun ofisini 2019-ci il 29 apreldə ziyarət edib. Akopyan həmçinin Nikolyana bu brendi dünyaya çıxarmaq üçün dəstək söz verib.
Erməni mediası istisna etmir ki, Anna Akopyan geyim tərzində də Nikolyanın yardımından istifadə edir.
Qeyd edək ki, Aram Nikolyan Milli İncəsənət Akademiyasında, daha sonra isə Florensiyada İtalyan Akademiyası (Accademia Italiana) Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub.
Hazırda “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.
O, 2013-cü ildən Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri vəzifəsini daşıyır. Ağır atletika üzrə Avropa çempionatının 14 apreldə baş tutan açılış mərasiminin təşkilatçılarından biridir və yüksək qonorara müqavilə imzalayıb: Azərbaycan bayrağı olan libasların dizaynının da hazırlanması və tikilməsi ona tapşırılıb və o, buna görə 18,9 milyon dram (təxminən 50 min dollara yaxın) almalıdır, artıq 12,3 milyon dramını alıb. axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar