Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kazino rəhbəri Baklda Hava Limanında 49 min dollarla saxlanıldı

Tarix: 15-04-2023 22:34     Baxış: 4222 A- / A+
Bakıda 49 min dollar (83300 manat) pulu Heydər Əliyev Adına Hava Limanından çıxarmaq istəyən iş adamı, kazino rəhbəri saxlanılıb. 

Saxlanılan şəxs isə türk iş adamı, Batumidə yerləşən "Lion Slot Casino” otel və kazinolarının sahiblərindən biri olan Yavuz Kadirindir.  

Yavuz Kadirin izahatında bildirib ki, Zəfər yolu və Şuşadakı tunelin çəkilişi ilə məşğul olan Fukan adlı tanışının ona borcu olduğu üçün Bakıya gəlib. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdi 5 min dollar puldan 1000 dolları manata çevirib.

Fukanın Bakıdakı evində bir neçə gün qaldıqdan borcdan 45000 dolları alıb və İzmirə qayıtmaq üçün Hava Limanına gedib. Aeroporta gedərkən 39000 dolları çantasına yerləşdirib, 10000 dolları isə şalvarının ciblərinə qoyub.

Yavuz Kadirin göstərilən məbləği bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb.

O, Azərbaycan qanunlarını bilmədiyini deyib və buna görə də özünü təqsirli bilməyib.

Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilib və onu cinayət predmetinin dəyərinin (39 000 dollar - 66300 manat) 60 faizi qədər - 39780 manat miqdarında cərimə edib.

Həmçinin qərar verilib ki, hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Yavuz Kadirin ölkə hüdudlarından kənara məcburi çıxarılsın. qaynarinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar