Xəbər lenti
"Qaçqınkom"da Başlıbel faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Başlıbel faciəsinin 30-cu ildönümü ilə əlaqədar Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün düşmüş sakinlərlə görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin, Ermənistanın törətdiyi hərbi cinayətlərin qurbanı olan həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib.
Qurumdan Manevr.az-a verilən məlumata görə, sədr Rövşən Rzayev, otuz ilə yaxın işğal altında olmuş Azərbaycan ərazilərində, o cümlədən Kəlbəcərdə erməni silahlı dəstələrinin dinc azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirməsini, ağır işgəncələrə məruz qoymasını xalqımızın heç vaxt unutmayacağını vurğulayaraq, Başlıbellə yanaşı, Ağdaban, Tunel qətliamlarının da bütövlükdə insanlığa qarşı amansız cinayət olduğunu qeyd edib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyasi və diplomatik qətiyyəti, qəhrəman Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin, xüsusilə, Kəlbəcər də daxil olmaqla üç rayonu məğlub Ermənistanın döyüşsüz təhvil verməsinin tarixi əhəmiyyəti xatırladılıb. Böyük Zəfər nəticəsində doğma yurda qayıtmağa hazırlaşan məcburi köçkünlərə daim dövlət qayğısı göstərildiyi diqqətə çatdırılıb, onların problemlərinin həllinin Prezident İlham Əliyevin sosial siyasətinin prioritetləri arasında mühüm yer tutduğu, bu kateqoriyadan olan şəxslərin hüquq və mənafelərinin qorunmasına Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyi bildirilib. Dövlət Komitəsinin sədri görüş iştirakçılarına Böyük Qayıdışa Dair I Dövlət proqramına müvafiq olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün icra edilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib. Görüşdə Dövlət Proqramına müvafiq olaraq hazırlıq, bərpa və yenidənqurma işləri ilə bağlı məcburi köçkünlərin rəy və təklifləri dinlənilib, onların sualları cavablandırılıb. Başlıbel icmasının nümayəndələri xalqımızın arzularının gerçəkləşdirilməsinə, erməni işğalına son qoyulmasına, yurd yerlərimizin bərpası və dirçəldilməsi, məcburi köçkünlərin geri qayıdışı üçün genişmiqyaslı mühüm tədbirlərin görülməsinə, onlara daim göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq bildiriblər. Onlar Başlıbel faciəsi qurbanlarının xatirəsinin də kənddə əbədiləşdirələcəyinə dərin inam ifadə ediblər. Xatırladaq ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zaman Başlıbel kəndində 62 nəfər qadın, uşaq və qoca evlərini vaxtında tərk edə bilmədiyindən kahalara – təbii mağaralara sığınmağa məcbur olmuş, işğaldan 18 gün sonra erməni silahlı qüvvələri onların yerini müəyyənləşdirərək sığınacaqlara hücum etmiş və kütləvi qətliam törətmişlər. Nəticədə 14 dinc sakin girov götürülmüş, 18 nəfər qətlə yetirilmiş, 1 nəfər itkin düşmüş, 8 nəfər yaralanmışdır. Yaralılar və sağ qalanlar (ümumilikdə 29 nəfər) dağlara çəkilərək kahalarda gizlənmiş, yalnız 113 gündən sonra gizli dağ yolları ilə mühasirədən çıxa bilmişlər.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar