Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Hüseynə işgəncə verməsinin səbəbi…

Tarix: 14-04-2023 11:37     Baxış: 4218 A- / A+


İtkin düşmüş hərbçimizin girov götürülməsi ilə bağlı Ermənistan mətbuatında və sosial şəbəkə səhifələrində yayılmış işgəncə görüntüləri bir daha onu göstərir ki, qarşı tərəf vəziyyətin gərginləşməsində və hərbi eskalasiyasının baş verməsində maraqlıdır. Sözügedən görüntülərin yayılması da buna xidmət edir.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, Xankəndidən olan millət vəkili Tural Gəncəliyev deyib.
Millət vəkili bu cinayətin Ermənistanda ölkəmizə qarşı olan nifrətin növbəti nümunəsi olduğunu vurğulayıb:
“Təbii ki, baş verən cinayət Ermənistanın hərbi-siyasi rəhbərliyinin apardığı azərbaycanfobiya fəaliyyətinin tərkib hissəsidir. Ancaq Azərbaycan isə qatı cinayət törətmiş erməni hərbçilərə qarşı istintaq fəaliyyətində beynəlxalq humanitar hüququn prinsiplərini əsas götürüb. Videolarda da göründüyü kimi, hərbçimiz orada yerdə uzanıqlı vəziyyətdədir və qolu arxadan bağlanılıb. Ona təpik vuran şəxs isə mülki paltardadır, yəni hərbçi deyil. Yalnız bunun özü Ermənistanda xalqımıza qarşı nifrətin hansı səviyyədə olduğunu anlamağa imkan verir. Əlbəttə ki, baş verən hadisələrə, təxribatçı hərəkətlərə görə bütün məsuliyyət Ermənistan dövlətinin üzərindədir. Biz cəmiyyət olaraq son hadisələr fonunda da erməni faşizminin bütün dünyaya nümayiş etdirilməsi üçün əlimizdən gələni etməliyik. Dövlətimiz də bu istiqamətdə üzərinə düşən bütün addımları atır və atacaq”.
Qeyd edək ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları Aqşin Qabil oğlu Bəbirov və Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüb. Dünən erməni sosial şəbəkə səhifələrində yayılmış videogörüntülərdə əsir götürülmüş Hüseyn Axundova işgəncə verildiyi əksini tapıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar