Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

"Azərbaycanlılar artıq İrəvandadır, biz onların təhlükəsizliyini təmin etmişik" - Arutyunyan

Tarix: 13-04-2023 18:14     Baxış: 3290 A- / A+

“Azərbaycanlılar artıq İrəvandadır, biz onların təhlükəsizliyini təmin etmişik”.
Manevr.az xəbər verir ki, bu barədə aprelin 13-də jurnalistlərlə görüşündə Ermənistanın baş nazirinin aparat rəhbəri Arayik Arutyunyan məlumat verib.

“Qonşu ölkənin ağır atletika üzrə Avropa çempionatında iştirakı ilə bağlı böyük ajiotajın olmasını istəmirəm. Azərbaycanlılar artıq İrəvandadırlar, biz onların təhlükəsizliyini təmin etmişik.
Azərbaycanın 4-ü idmançı olmaqla 12 nəfərdən ibarət nümayəndə heyəti artıq İrəvana gəlib. Onlar açılış mərasimində iştirak etməyəcəklər. İdmançıları formada saxlamaq üçün əlavə stresli vəziyyətlərdə olmamalıdırlar.
İdman dünyasında hətta münaqişəli ölkələrin komandalarını qəbul etmək adətdir. Biz Avropa Federasiyasının üzvü olan və iştirak etmək istəyən bütün ölkələri qəbul etməyə borcluyuq. Müraciət edəndə dedik ki, bütün ölkələrdən idmançıları qəbul edəcəyik və onların təhlükəsizliyini təmin edəcəyik.
Bu müddət ərzində Avropa Federasiyasının vasitəçiliyi ilə Azərbaycanın təhlükəsizlik komandası ilə yazışmalarımız olub. Partnyorlar əlavə təhlükəsizlik tələb etdilər və biz bunu təmin etdik. Biz bütün tədbirləri görmüşük: müşayiət, hava limanında qarşılanma, oteldə əlavə təhlükəsizliyin təmin edilməsi.
Azərbaycanla müzakirələrimiz son hadisələrdən əvvəl olub”, – deyə Arutyunyan bildirib.
Xatırladaq ki, aprelin 15-23-də İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Çempionatın açılış mərasimi aprelin 14-də baş tutacaq.konkret.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar