Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan-Azərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır - Rusiyalı politoloq

Tarix: 11-04-2023 23:10     Baxış: 4195 A- / A+
Ermənistan-Azərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır - Rusiyalı politoloq
"Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq. Üçüncü Qarabağ müharibəsi şübhəsiz ki, Azərbaycanın qələbəsi ilə başa çatacaq".

Bunu apa-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.

O, bu gün Ermənistan-Azərbaycan sərhədində baş verənləri İrəvanın təxribatı adlandırıb.

"Hazırda Ermənistan Avropa İttifaqının müşahidəçi missiyasını öz tərəfinə çəkib. Ermənistan müdafiə naziri NATO-nun Brüsseldəki mənzil qərargahına gedib Ermənistan və Azərbaycan arasında baş verənlərdən danışır. Bu məqamda bu cür silahlı təxribat Ermənistana çox sərf edir. Belə olan halda İrəvan Avropa İttifaqı, Fransa və NATO-nu daha çox öz tərəfinə cəlb etmiş olur. Eyni zamanda Ermənistan Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına maneə olmaq üçün imkan qazanmış olur. Düşünürəm ki, Ermənistan müdafiə nazirinin Brüsselə, NATO-nun mənzil qərargahına göndərilməsi Ermənistanın böyük səhvidir. Ona görə ki, hazırda NATO-nun mənzil qərargahında olan Ermənistan müdafiə nazirinə Rusiya heç nədə kömək etməyəcək. Rusiya Azərbaycana kömək edəcək", - deyə rusiyalı politoloq vurğulayıb. unikal 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar