Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

İki əsgərimiz Ermənistanı qarışdırdı: nə baş verir?

Tarix: 11-04-2023 08:30     Baxış: 3176 A- / A+

İndi də Ermənistanın sabiq müdafiə naziri, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan hadisəni “müstəsna hal” olaraq qiymətləndirib.

Ohanyan azərbaycanlı əsgərlərin azma ehtimalını istisna etməyib. Buna baxmayaraq, hətta əsgərlərin azma ehtimalında belə Qarakilsəyə (Maraqlıdır, Ohanyan da Qarakilsə deyir – red.) qədər gəlmələrinin sıradan hadisə olmadığını, araşdırılması gərəkdiyini, bu faktın Ermənistanın sərhədinin qeyri-peşəkar qorunmasından xəbər verdiyini deyib.

Bəs, nə baş verir?

Erməni mediası əvvəlcə Qarakilsədə 2 azərbaycanlının aşkarlandığı, onlardan birinin saxlanıldığı haqda məlumat yaydılar. İddia edilirdi ki, o, hərbi formadadır.

Bunun ardınca isə erməni mediası video paylaşdı: azərbaycanlı olduğu iddia edilən gənc 3 gündür azdığını, ac qaldığını, meşədə ağacda yatdığını bildirir, əlində isə yeməyəbənzər nəsə olduğu görünür.

Erməni mediasının yazdığına görə, bu görüntülər belə ortaya çıxıb: azərbaycanlı Qarakilsədə (sonradan qeyd etdilər ki, bu, Ağkənd (Aşotavan) kəndidir) bir evin qapısını döyüb, qapını açan yaşlı qadın dərhal polis çağırıb, hadisə yerinə dərhal polislər gəlib və azərbaycanlını saxlayıblar. İddia edilir ki, digər azərbaycanlı gənc qaçıb. Hadisənin gecə 01-02 radələrində olduğu bildirilir.
Ermənistan MN-in yaydığı məlumatla bərabər, “şahidləri” danışdıran erməni mediası az sonra hadisənin Sünik (Zəngəzur) rayonunun Bnunis kəndidə olduğunu iddia etdilər. Bildirdilər ki, “əsgər evlərdən birinə girib, çörək yeyib, həmin evdə paltar dəyişib, ev sahibinin pencəyini geyinib və gedib kənd dükanının qabağında oturub kart oynamağa başlayıb. Mağazanın yaxınlığında toplaşan kişilər isə onun nə erməni, nə də rus olduqlarını anlayıblar”.

Ziddiyyət 1

Azərbaycanlı əsgər olduqları iddia edilən gənclər harada ermənilərlə ünsiyyətə keçib? Qarakilsənin Ağbənd kəndində, yoxsa Sünikin Bnunis kəndində?

Hər iki kənd Şahbuz rayonu ilə sərhəddə yaxındır. Kəndlər arasındakı məsafə də bir neçə km-dən artıq deyil (Xəritə təqdim edilir). Ancaq bu, azərbaycanlı əsgər olduğu bildirilən gəncin harada üzə çıxdığını və hansı kəndin sakinləri ilə danışdığını “qarışdırmaq” üçün əsas ola bilməz.

Ziddiyyət 2

Ermənistan MN azərbaycanlı gəncin Bnunis kəndinin özündə və ya evlərin birində deyil, “kəndin yaxınlığında” saxlanıldığını iddia edir.

Ancaq yayılan videoda gəncin ermənilərlə bir evin həyətində, qaranlıqda ünsiyyətə girdiyi görünür. Rəsmi məlumatda da bildirilir ki, hadisə yerinə dərhal polislər gəlib. Belədirsə, niyə Bnunis kəndinin evlərindən biri deyil, yaxınlığında saxlanılmasından bəhs edilir?

Ziddiyyət 3

Əgər azərbaycanlı qapını döyən kimi erməni qadın polis çağırıbsa, azərbaycanlının əynində niyə hərbi forma yoxdur?

Yalnız azərbaycanlı gəncin yayılan videosunda əynində hərbi forma olmadığı görünəndən sonra iddia yayıldı ki, azərbaycanlı gənc evə girib, paltarını dəyişib...

Ziddiyyət 4

Azərbaycanlı gəncin sözlərini ermənicəyə tərcümə edən erməni gənc görünür. O, kimdir və gecə 01-02 radələrində “dərhal gələn polisdən” qabaq özünü necə ora yetirib?

Azərbaycanlılar haqda “kəşfiyyatçı” hay-küyü

Dəfələrlə erməni əsgərlərin azaraq, Azərbaycan ərazisinə keçdiyi barədə erməni tərəfi özü məlumat yayıb, 1-2 gündən sonra isə Azərbaycan MN pis görüntü-duman səbəbindən azan erməni əsgərin və yaxud Ermənistan vətəndaşının geri təhvil verildiyini elan edib: bu, hər hansı formada geniş müzakirə də olunmayıb.

Ancaq Ermənistanda azərbaycanlı gənc olduğu bildirilən şəxsin saxlanılması ilə bütün politoloqlar, deputatlar, ictimai fəallar “kəşfiyyatçı” versiyasını ortaya ataraq, ciddi ittiham və iddialarla bütün günü qızğın müzakirələr aparmaqdadırlar, hətta sərhəd təhlükəsizliyini gündəmə gətiriblər.

1. Kəşfiyyatçı niyə gecə erməni qadının yaşadığı evin qapısını döyməli idi?

2. Kəşfiyyatçı niyə erməni evinə girib, yemək istəməli, paltarını dəyişməlidir?

3. Kəşfiyyatçı kənd mağazasında ermənilərlə kart oynamaq eşqinə niyə düşməlidir?

Ümumiyyətlə, bu kart oynamaq məsələsi tam bir müəmmadır: videoda azərbaycanlı gəncin ermənicə bilmədiyi aydın görünür. Bəs, o, ermənilərlə kənd mağazasının önündə necə kart oynamaq istəyib? Onlarla necə ünsiyyətə girib? Və ümumiyyətlə, azərbaycanlı əsgər olduğu bildirilən gənc erməni kəndində nə deyib kart oynamalıdır?

Ən maraqlı məsələ də var: iki azərbaycanlıdan bəhs edilir. Biri videoda danışır, ermənilərlə ünsiyyətə də girir. Digəri haqda isə yalnız ehtimaldır. Ermənistan MN onun qaçdığını iddia edir. Ancaq onun haqda nə kənd sakinləri bir xəbər deyə bilirlər – çünki görməyiblər - nə də digərləri.

Qeyd edək ki, Azərbaycan mediası itkin düşən hərbçilərimizin Hüseyn Əhliman oğlu Axundov və Aqşin Qabil oğlu Bəbirov olduğu haqda məlumat yayıb.

Azərbaycan MN isə hələlik detalları açıqlamayıb və erməni mediası və Ermənistan MN-in iddialarına aydınlıq gətirməyib. axar.az

Manevr.az 




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar