Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mübariz Mənsimovun ortağı olan erməni mafiya başçısı 40 il həbs cəzası aldı - Şəkil

Tarix: 10-04-2023 20:58     Baxış: 3224 A- / A+
Mübariz Mənsimovun ortağı olan erməni mafiya başçısı 40 il həbs cəzası aldı - FOTO/VİDEOFETÖ terror təşkilatı ilə kirli şəbəkə yaratması səbəbindən beş il həbs cəzası verilən Mübariz Mənsimovun ortağı, erməni mafiya başçısı Levon Termendzhyan ABŞ-də kirli pulların yuyulması və dələduzluq ittihamı ilə 40 il müddətinə həbs edilib.

ABŞ-də bioenerji istehsalçısı Yakob və İsaiah Kinqston qardaşları ilə də ortaq olan Levon Termendzhyan şəxsi mənafeyi üçün qurumlara yalan məlumat verib.

O, ABŞ Federal büdcəsindən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə 1 milyard dollardan çox zərər vurub.

ABŞ-də 7 həftədir davam edən məhkəmədə nəticə açıqlanıb. Termendzhyan çirkli pulların yuyulması və fırıldaqçılıq ittihamı ilə 40 il azadlıqdan məhrum edilib. Eyni zamanda o, ABŞ-nin Dövlət Gəlirləri idarəsinə 442 615 520 dollar təzminat, həmçinin, 181 milyon dollardan çox inzibati cəza olaraq pul ödəməlidir. Bu, ölkədə son 10 ildə fırıldaqçılıqla bağlı verilən ən böyük cəzalardan biri olub.

Erməni mafiya liderinin digər ortağı Mübariz Mənsimov onunla əlaqəsini rədd etsə də, ələ keçirilən sənədlər hər cür qanunsuzluğun olduğu çirkli ortaqlığı ortaya çıxarıb. Hətta Termendzhyanın oğlu Georq Termendzhyan Solt Leyk Şəhər Federal Məhkəməsində baxılan prosesdə FETÖ-çü Mənsimovla ortaq şirkət qurduqlarını deyib və bildirib ki, Mənsimovun dedikləri doğru deyil.

Erməniəsilli Levon Termendzhyan 2018-ci ilin avqust ayında Federal Təhqiqat Bürosunun həyata keçirdiyi əməliyyatla tutulub. Ortaqları olan Kinqston qardaşları və FETÖ-çü M.Mənsimovla 2016-cı ilin oktyabr ayında guya yanacaq və məhsul daşınması, biodizel daşınması və karqo daşınması üçün şirkət qurduğu sübut olunub.

FETÖ-çü Mənsimovun Azərbaycanla Türkiyənin Cənubi Qafqazdakı ittifaqına qəti surətdə qarşı çıxdığı və Ermənistanı dəstəkləyən İranla yaxın əlaqələri olduğu da məlumdur. sonxeber.az

Manevr.az 

Mübariz Mənsimovun ortağı olan erməni mafiya başçısı 40 il həbs cəzası aldı - FOTO/VİDEO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar