Xəbər lenti
Türkiyəyə yardıma gedən Azərbaycan könüllüləri üçün düşərgə təşkil olunub
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən “Xaricdə ilk humanitar fəaliyyət könüllüləri” üçün düşərgə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışı ilə 10 fevral tarixində Türkiyəyə yollanan gənclər, “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq həyata keçirdikləri fəaliyyətlər, Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşmüşdür. Həmin tarixdən etibarən Türkiyədə zəlzələdən zərərçəkən əhali üçün səfərbər olan, əraziyə çatdıqları andan etibarən yorulmadan çalışaraq 30 günlük müddət ərzində fəaliyyət göstərən Azərbaycan Könüllüləri arasında “ASAN Könüllüləri”, “Gənc Könüllülər”, “BİR Könüllü”, “Aqrar İnkişaf Könüllüləri”, “Naxçıvan Könüllüləri”, “Ekokönüllülər”, “Böyük Qayıdış” və digər könüllü təşkilatlarının gəncləri də öz yerlərini alıblar. Azərbaycan Könüllülərinin göstərdiyi şücaət, ölkə rəhbərliyinin könüllülülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülülük hərəkatının artıq daha geniş imkanlara sahib olduğunu bir daha sübut edir.
Ağır və məsuliyyətli fəaliyyətin öhdəsindən müvəffəqiyyətlə gələn Azərbaycan Könüllülərinin şəbəkələşməsi, asudə vaxtlarının səmərəli şəkildə idarə edilməsi, motivasiyalarının yüksək tutulması məqsədilə 3 gün müddətində Mingəçevir şəhərində baş tutan düşərgə ərzində könüllülərimiz üçün bir sıra maraqlı fəaliyyətlər həyata keçirilmişdir.
7 aprel tarixində Bakı Konqres Mərkəzində, baş tutan görüş və mükafatlandırılma mərasimindən sonra düşərgə ərazisinə yollanan könüllü heyətinin səmərəli vaxt keçirməsi üçün interaktiv komanda oyunları, əyləncəli rubrikalar, idman yarışları, şəbəkələşmə enercayzerləri baş tutub. Eyni zamanda könüllülərimiz üçün Şəki şəhərinin gəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansara, Şəki Tarix – Diyarşünaslıq muzeyinə infotur təşkil edilib.
Xavərxanım Əlizadə
Kommunikasiya meneceri
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar