Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Heydər Əliyev-100: müsabiqə sona çatdı -ŞƏKİLLƏR

Tarix: 09-04-2023 13:11     Baxış: 3680 A- / A+



Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının sonlarında elan edilən və  ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş iki nominasiyadan ibarət şeir  müsabiqəsi bu gün uğurlu sonluqla yekunlaşmışdır.  
Uşaq və Gənclərin İnkişaf Mərkəzində düzənlənən müsabiqənin yekun turunda əvvəlcə ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş
şəhidlərimizin xatirəsi bir dəqiqəlik sayğı duruşu ilə yad edildi. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə çıxış edərək dedi ki həm I (Yerli və bölgədə yaşayan yazarların Ulu Öndərin şəxsiyyətini və siyasi fəaliyyətini əks etdirən ən yaxşı şeirləri), həm də II (Ulu Öndər haqqında görkəmli Azərbaycan şairləri tərəfindən yazılan şeirlərin ən yaxşı qiraətçiləri), nominasiyalar üzrə müsabiqəyə qatılanların say çoxluğu mərhum ölkə Prezidentimizə yönəlik ehtiram hissinin ən bariz nümunəsidir. Mingəçevir şəhər İcra Hakimiyyətində şöbə müdrinin müavini vəzifəsində çalışan Elşən Əliyev, münsiflər heyətinin üzvləri,-Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ədalət Ouliyeva, Mingəççevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov, şəhər Bələdiyyəsinin şöbə müdiri, yazıçı- publisist Zahid Qasımlı və Şahlar Şükürov adına 35 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru, tanınmış şair Elşən Əzim müsabiqənin yekun turuna qatılan məktəblilərə xeyir-dualar verib, uğurlar arzuladılar.  Çağdaş Azərbaycan ədəbiyyatının bir sıra görkəmli sənətkarları ilə yanaşı, digər qələm sahiblərinin də ulu öndərə həsr etdikləri şeirləri qiraətlərində səsləndirən uşaq və gənclərin çıxışlarından sonra, münsiflər heyəti üzvlərinin yekdil rəylərinə əsasən Türkan Qaffarova (17 saylı məktəb) birinci yerə, Gülər İsmayılova (15 saylı məktəb), Məsim İmanov (7 saylı məktəb) II yerə, Bətül Abbaslı (9 saylı məktəb) və Fatimə İskəndərli isə (2 saylı məktəb)  III yerə layiq görüldülər. Yusif Məmmədovla (9 saylı məktəb) Nuray İskəndərli (2 saylı məktəb) fərqləndirici   yerə sahib oldular. Müsabiqənin I nominasiyası üzrə seçim şəhər Uşaq və Gənclərin İnkişaf Mərkəzi direktorunun iş otağında, çay süfrəsi ətrafında aparıldı. Münsiflər heyətinin sədri İsmayıl İmanzadənin hamı tərəfindən dəstəklənən təklifi ilə birinci yerə bölgə yazarlarından heç kim sahiblənmədi. İkinci yerə şəhərdə və bölgədə yaşayan şairlərdən Seymur Paşayev (“Müdrik-dahi rəhbər” adlı şeiri ilə), Ələkbər Sönməz (“Sən gəlməsəydin” adlı şeiri ilə), III yerə tanınmış şair- publisist Məmməd Mərzili (“Heydər baba” şeiri ilə), fərqləndirici yerə isə Rəfael Dəmiroğlu (“Dahilər dahisi” adlı şeiri ilə) sahibləndilər.  Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev münsiflər heyətinin üzvlərinə seçimdə fəal iştiraklarına görə  təşəkkürlərini bildirdilər. Onların hər ikisi çıxışlarında qeyd etdilər ki qaliblərə mükafatlar aprel ayının sonlarında ulu öndərin  anadan olmasının 100 illiyinə həsr ediləcək təntənəli Poeziya gecəsində təqdim ediləcəkdir.                            

Vahid Qafarlı Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar