Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda məşhur müğənni narkotikə görə saxlanıldı

Tarix: 07-04-2023 22:28     Baxış: 4516 A- / A+
Azərbaycanda məşhur müğənni narkotikə görə saxlanıldı - VİDEOSabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Xüsusi tağımının keçirdiyi reyd zamanı rayon ərazisində nartotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Araşdırma zamanı sükan arxasında əyləşən şəxsin tanınmış müğənni Ruzigar olduğu müəyyən olunub. Müğənni tibbi müayinəyə dəvət olunub. Müayinə zamanı isə Ruzigarın narkotik vasitələrin təsiri altında olduğu aşkarlanıb.

Sənətçi bildirib ki, 6 ay bundan əvvəl həmin maddələri xarici ölkədə olan zaman qəbul edib:

"Çox güman ki, qanda qalıb".
Baş DYP İdarəsinin Xüsusi tağımının inspektoru, polis baş leytenantı Elmir Əmirov bildirib ki, sürücü qoşa xəttin tələbini pozduğuna görə saxlanıldı və qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət edilib: "Müayinə zamanı həkimin rəyi nəticəsində məlum oldu ki, sürücü narkotik vasitələrin təsiri altındadır və bu vəziyyətdə maşın sürür". avtosfer.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar