Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hərbi Prokurorluq xüsusi təyinatlılarla birlikdə “Heydər Əliyev İli” ilə bağlı tədbir keçirib

Tarix: 06-04-2023 14:42     Baxış: 3243 A- / A+

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin birgə tədbiri keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Manevr.az-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü və şəhidlərin abidəsi önünə gül dəstələri düzülərək, əbədiyaşar liderin və qəhrəman Vətən övladlarının əziz xatirələrinə dərin ehtiram ifadə olunub.

İştirakçılar dahi şəxsiyyətin və bütün şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.
Tədbirdə çıxış edənlər istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından böyük məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, çoxşaxəli fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışlarda, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyindən və xalqımızın əzmkarlığından danışıblar.
Bundan başqa, Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbə xüsusi vurğulanaraq, müharibə dövründə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar