Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

“Fazil Mustafaya qarşı terror aktının arxasında İran dayanır” - ABŞ institutu

Tarix: 06-04-2023 12:26     Baxış: 4156 A- / A+
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında İranın dayanması və bu hadisənin Tehranın sifarişi ilə törədilməsi barədə yazı dərc edib.
Manevr.az-ın xəbərinə görə, institutun analitikləri bildiriblər ki, F.Mustafaya qarşı sui-qəsd həyata keçirmək istəyən və Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi 4 şəxsdən 3-ü İran təhlükəsizlik qüvvələrinin sifarişi ilə işləyirmiş.Qeyd olunub ki, hadisə Milli Məclisdə müzakirə olunan zaman da azərbaycanlı deputatlar terror aktına görə İranı günahlandırıblar.
Yazıda həmçinin İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasını pisləyən bəyanatına da toxunulub.
“Bəyanat Tehran və Bakı arasında bir neçə gündür artan gərginlikdən sonra verilib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin müzakirəsini pisləyib”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Qeyd edək ki, martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan 4 nəfər tutulub.“report”

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar