Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Mixail Saakaşvili daha yeriyə bilmir

Tarix: 05-04-2023 07:24     Baxış: 3293 A- / A+
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili artıq yeriyə bilmir.

Bunu siyasətçinin vəkili Şalva Xaçapuridze bəyan edib.

Onun sözlərinə görə, keçmiş dövlət başçısının saxlanıldığı “Vivamed” klinikasının açıqlamaları ilə Saakaşvilinin xəstəlik tarixçəsi üzrə qeydlər üst-üstə düşmür.

“Mixail Saakaşvili demək olar ki, artıq yeriyə bilmir. Onun çəkisi 60 kiloqramdan aşağı düşüb. Bu barədə mənə Qiuli Alasaniya (Saakaşvilinin anası – red.) məlumat verib”, - deyə o bildirib.

Eks-prezidentin vəkilinin sözlərinə görə, Strasburq Məhkəməsində iddia qaldırmaq barədə qərar hələ verilməyib.

“Belə bir qərar hələ verilməyib. Mixail Saakaşvili hələ Strasburqla bağlı heç nə deməyib. O, məndən sənədləri alıb-almadığımı soruşdu. Ona dedim ki, hələ almamışam, başqa heç nə deməyib”, - Xaçapuridze qeyd edib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar