Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurda müharibə həyəcanı: Ermənilər təşvişdə…

Tarix: 04-04-2023 15:08     Baxış: 4172 A- / A+


   
Ermənistanın Daşnaksütyun Partiyası təcili bütün qüvvlərin birləşməsi təklifi ilə çıxış edib.
Manevr.az globalinfo.az-a istinadən xəbər verir ki, partiya yaydığı bəyanatda Ermənistan baş nazirinin Bakı ilə sülh müqaviləsini imzalamağa hazırlaşdığını və buna görə də ona müqavimət göstərilməsi gərəkdiyi bildirilib.
Vurğulanıb ki, Ermənistan hakimiyyəti ölkəni Zəngəzurda yeni müharibəyə doğru aparır:
“Daşnaksütyun Partiyasının Ali Orqanı bir daha təsdiq edir ki, Ermənistan hakimiyyəti çoxdan ölkəmizin təhlükəsizliyi ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən imtina edib. O bizi yeni müharibəyə və sülh gündəmi adı ilə yeni güzəştlərə aparır. Çətinləşən şəraitdə Ermənistanın milli maraqlarını rəhbər tutan bütün sağlam gücləri birləşməyə çağırırıq ki, düşmənin xidmətçiləri olan hökumətin öldürücü milli siyasətinin davam etməsinə imkan verməyək”.
Qeyd edək ki, bundan öncə Bakı ilə İrəvan arasında Laçın yolu haqda razılaşma icra edilib. Azərbaycan ordusunun bölgədəki bir sıra ərazilərə yerləşməsindən sonra Ermənistan tərəflər arasında sərhədin keçdiyi ərazidəki bütün ordu bölmələrini geri çəkməyə başlayıb. Onun yerinə isə əraziyə sərhədçilər yerləşdirilib. Ən maraqlı məqam hadisənin yaşandığı gün AB İttifaqının sədri Şarl Mişelin Paşinyana zəng etməsi olub. Belə ki, bu, son bir həftədə tərəflər arasında ikinci telefon danışığı olub. Məhz bu məqam gündəmə yeni Brüssel görüşü və İrəvanın sülh müqaviləsinə imza atmağa razılaşması ehtimalını gətirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar