Xəbər lenti
"Növbəti yubileyini Təbrizdə keçirməyi diləyirəm" - Əkbər Qoşalıya dost təbriki
Əkbər Qoşalı
Bu gün Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının Başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, şair, publisist Əkbər Qoşalının doğum günüdür. Deyərdim ki, Əkbər müəllim bütün varlığı ilə vətən adamdır.
Dost adını barındıran,
uca ürəklər var olsun.
Haqq işinə arxa duran,
qoca kürəklər var olsun.
Üzü Tanrı dərgahına,
uçan diləklər var olsun.
Eşq yolunda dağa külüng
çalan biləklər var olsun.
Çəkib yurd ətri gətirən
neçə küləklər var olsun.
Sağ çiynimdə savab yazan,
incə mələklər var olsun!
Mən Əkbər müəllimi təkcə yazar, şair kimi tərənnüm etməyin, dəyərləndirməyin yanlış olduğunu düşünürəm. Əkbər müəllim Böyük Türküstanın könüllü elçisidir; Əkbər müəllim harda türk varsa, harada türkçülük varsa, orada imzası görünənlərdəndir. Belə şərəfli bir yükü çiynində daşımaq üçün ərdəm gərəkdir. Əkbər qardaşımız bugün bu yükü şərəflə daşıyır. Dəyərli Əkbər müəllim, 50 illik yubiley yaşını təbrik edir, xoş arzu və diləklərimi çatdırıram. Turan ellərinin böyük ürəkli övladı, o taylı, bu taylı Azərbaycanın bütövlüyünü, sizli, bizli cəm olmağını görək. Əziz dost, dəyərli qardaşım. Növbəti yubiley törənlərini Təbrizdə keçirmək diləyi ilə yüz yaşa!
Rövşən Hüseynli
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar