Sizin Reklam Burada
Xəbər lenti
14-05-2024
13-05-2024
BÜTÜN XƏBƏRLƏR

Fazil Mustafanın qardaşı saxlanılanlardan danışdı: "Həmin şəxslər..."

Tarix: 03-04-2023 10:23     Baxış: 4205 A- / A+



"Vəziyyəti yaxşıdır. Reabilitasiya müddətinin gedişatından asılı olaraq 7-10 gün ərzində evə buraxıla bilər".
Manevr.az bildirir ki, bu sözləri oxu.az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:
"Həkimlər müalicə və reabilitasiya prosesinin yaxşı getdiyini deyirlər. Hər şey yaxşı getsə, 10 gün ərzində evə buraxıla bilər. Düşmən gülləsi bizi ancaq yaralaya bilər, yolumuzdan döndərə bilməz".
İlqar Mustafayev qardaşına qarşı sui-qəsdə cəhddə şübhəli bilinən dörd nəfərin saxlanmasına da münasibət bildirib:
"Bəli, məlumatlıyıq. Yəqin ki, həmin şəxslər hadisə yerinə gətiriləcəklər. Bu, istintaqın işidir, biz müdaxilə edə bilmərik".
Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z" ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.
Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar