Xəbər lenti
550-dən çox uşağı olan kişi məhkəməyə verildi

Məhkəmədə iddianı Hollandiyanın Uşaq Donor Fondu qaldırıb. Fond adı qara siyahıda olan hollandiyalı sperma donoru, 41 yaşlı Conatan M.-nin daha sperma bağışlamasını istəmir. Çünki sperma donorluğu ilə uşaq sahibi olan ailələr eyni donordan olan yüzlərlə uşağın qohum evliliyi riski ilə üzləşə biləcəyindən narahatdırlar.
Hollandiya qanunlarına görə, donorlar maksimum 12 qadına sperma verə və 25 uşağın bioloji atası ola bilərlər. Bu, eyni donordan olan uşaqların bir-biri ilə cinsi əlaqəyə girməsinin və irsi xəstəliklərin yayılmasının qarşısını almaq üçündür. Lakin qanuni maneələrə baxmayaraq Conatan gizlin ianələr edib. Onun Hollandiyada 102 uşağın bioloji atası olduğu müəyyən edilib. Ölkəsində donorluğu qadağan edilsə də, Conatan dünyanın müxtəlif yerlərindəki sperma banklarına və şəxslərə sperma bağışlamaqda davam edib. Hazırda müxtəlif ölkələrdə 550-dən çox uşağı var. Bu üsulla dünyaya gələn uşaqlar 16 yaşına çatdıqda bioloji atasının kimliyini öyrənə bilərlər.
Qeyd edək ki, Hollandiya Uşaq Donorları Fondu Conatandan indiyə qədər əməkdaşlıq etdiyi xarici klinikaların siyahısını təqdim etməsini tələb edib.
Fond bildirib ki, milli hökumətlər bu şəxs haqqında heç nə etmir. Onun internet vasitəsilə bütün dünyaya çıxışı var və beynəlxalq səviyyədə fəaliyyət göstərən böyük sperma bankları ilə iş aparır. bakupost.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar