Xəbər lenti
Ermənilərin darmadağın olduğu ilk böyük döyüş - Şok açıqlama
Aprel döyüşləri 22 illik fasilədən sonra Azərbaycan Ordusunun sürətli əks- hücumu və Ermənistan silahlı qüvvələrinin Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında darmadağın edilməsi ilə nəticələnən bir əməliyyat idi.
Onun sözlərinə görə, Aprel döyüşləri zamanı Azərbaycan Ordusu iki min hektardan çox işğal altındakı ərazilərimizə nəzarəti bərpa etdi:
“Bu əməliyyatlar zamanı azad edilən Talış kəndi ətrafındakı yüksəkliklər və Lələtəpə zirvəsi Azərbaycanın növbəti əməliyyatlar üçün istifadə oluna biləcək plasdarma çevrildi. Bu zəfər Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinin bir səhifəsi idi.
Azərbaycan Ordusu “keçilməz” sayılan Ohanyan xəttini cəmi yarım saata darmadağın etdi. Döyüşlər vasitəsi ilə biz uzun illər erməni ordusu haqda yaradılan “məğlubedilməz”, “qəhrəman” mifinin məhv edilməsinin əsasını qoyduq. Bu döyüşlər Azərbaycan xalqının ordusu ilə bərabərliyinin təcəssümü oldu. Azərbaycan Aprel döyüşləri ilə düşməni bir daha əmin etdi ki, biz heç bir zaman işğal faktı ilə barışmayacağıq və Azərbaycan ərazi bütövlüyünü istənilən yolla, o cümlədən müharibə yolu ilə azad etməyə hazırdır. Bu döyüşlər Azərbaycan dövlətinin, xalqımızın, ordumuzun gücünü, imkanlarını, potensialını, nümayiş etdirən şanlı səhifədir”
“Məhz 27 sentyabr 2020-ci ildə düşmənə endirilən əks zərbələr 2016-cı ildə azad edilən Talış və Lələtəpə yüksəkliklərindən başladı. Ordumuz məhz Aprel döyüşlərində yeni nəsil müharibənin bir neçə elementini düşmən tərəfə tətbiq etdi. Və artıq Ermənistan tərəfi də anlamağa başladı ki, növbəti müharibə onlar üçün hansı sürprizləri vəd edir. Bu, Vətən müharibəsi zamanı da öz təsdiqini tapdı”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar