Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtda "31 Mart- qan yaddaşımızdır" adlı tədbir keçirilib -ŞƏKİL

Tarix: 31-03-2023 14:25     Baxış: 283 A- / A+
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin və Sumqayıt Şəhər Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "31 mart- qan yaddaşımızdır" adlı tədbir keçirilib.
Tədbirin aparıcısı Azərbaycan Jurnalistlər Birliyinin üzvü şair-qəzəlxan Lilpar Cəmşidqızı qonaqları salamladı və tarixi yaddaşımızdan silinməyən 1918- ci il 31 Mart Azərbaycanlıların soyqırımı haqqında danışdı. Azərbaycan tarixində bir çox şanlı səhifələrlə yanaşı, faciələr, soyqırımlar və müsibətlərlə dolu səhifələr yazıldığını da qeyd elədi.    
Tədbirdə Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Qurbanova Vüsalə, Sumqayıt Şəhər Mədəniyyət Evinin direktoru Rəşidova Elnarə, bədii rəhbər Aslanova Kəmalə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi(AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, 2-ci qrup əlil Rəhimov Zəkəriyə Yadulla oğlu, Polkovnik-Leytenant  Zeydulla Mustafayev, Kapitan Fəxrəddin Behbudov 1918-ci ildən bu yana olan soyqırımlar haqqında ətraflı çıxış etdilər. 1920-ci il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda Azərbaycan xalqına qarşı cinayətkar hərbi əməliyyat keçirilməsindən, 1992-ci ilin fevralında Xocalı şəhərinin dinc əhalisinə misli görünməyən divan tutulmasından, erməni işğalçıları tərəfindən  ölkəmizin 20 faizindən çoxunun işğal olunmasından, minlərlə Azərbaycan vətəndaşının şəhid olmasından ətraflı danışdılar.  Tədbirdə M.Füzuli adına 15 nömrəli məktəbin şagird və müəllimləri də iştirak etdilər. Ətraflı çıxışlardan sonra məktəblilər Veteranlara maraqlı suallarla müraciət etdilər. Sonda, tədbirin aparıcısı Lilpar Cəmşidqızı qeyd etdi ki, bu qələbəni, zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır.

Nigar Nəriman 
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar