Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

İran Azərbaycanı buna görə hədəf seçib

Tarix: 31-03-2023 08:42     Baxış: 3201 A- / A+
Molla rejimi sözdə müsəlman dövləti olsa da, əməlləri ilə fitnə-fəsad törədir, Fransa, İngiltərə və Amerikanın mənfəətlərini təmin edir.

Bu sözləri güneyli yazar və milli fəal Elyar Təbrizli İranın mövcud siyasətini şərh edərkən deyib.

O bildirib ki, İranın təhdid və hədələri ciddi görsənməyə bilər, lakin Tehranın gizli niyyətləri və ortaqları ilə müştərək maraqları nəzərdən qaçmamalıdır:

“İranın başqa ölkələrə qarşı hədə və təhdidləri ABŞ üçün sərfəlidir. Çünki İranın münaqişədə olduğu ölkələr təhlükəsizlikləri naminə Amerika və Qərb ölkələrinin köməyinə üz tutur. Qorunmaq üçün Amerikadan silah alır. Husilər ARAMKO şirkətinə və neft bazalarına tez-tez hücum edirdi. Səudiyyə Ərəbistanı məcbur oldu ki, ABŞ-dan milyardlarla dollarlıq silah alsın. Hansı ki, bu pulu iqtisadiyyatına sərf edə bilərdi. Demək ki, İranın təhdid siyasəti Amerikanın işinə yarayır. Yaxud da, İranın savaş açıb, qorxutduğu ölkə öz ərazisində Amerikanın, Qərbin hərbi bazasını yerləşdirir və onları saxlamaq xərclərini də öz üzərinə götürür. Məsələn, Qətər, Bəhreyn, Küveyt kimi kiçik ölkələr ABŞ hərbçilərinin o bölgələrdə qalması üçün pul ödəyir”.

Təbrizli İranın gərginlik yaratdığı növbəti ölkənin Azərbaycan olduğunu bildirib:

“Azərbaycanın iqtisadiyyatı, ordusu inkişaf edir. Qarabağ da işğaldan azad olundu. Bu uğur İranda qıcıq yaratmağa başlayıb. Çünki özü sanksiyalar altındadır. Narkotik, “Hüseyniyyun” kimi terror qrupları və müxtəlif yollarla Azərbaycanın təhlükəsizliyini pozmaq istəyir. Məqsədi Bakını beynəlxalq iqtisadi layihələrdən kənar qoymaq və əhəmiyyətli məsələlərin gerçəkləşməsinə əngəl olmaqdır. İlk növbədə qorxur ki, Güney Azərbaycanda insanlar Şimaldakı inkişafı görüb, oranı özünə nümunə hesab edər. Sanksiyalar altında qalan İranın bu imkanları məhduddur. Tehran hakimiyyəti xarici siyasətdə iflasa uğrayıb. Doğru istiqamət götürə bilmir. İsraillə düşməndir. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasəti yürütmür. Zəngəzur dəhlizini bəhanə edir. Guya Azərbaycanda islama uyğun olmayan məsələlər olduğunu deyib, ölkənin daxili işlərinə qarışmaqla, əslində təxribatçı simasını nümayiş etdirir. Əlbəttə, bunlar bəhanədir. Çünki İran öz daxilində olan bir sıra ciddi problemlərdən fikir yayındırmaq və milləti çaşdırmaq üçün ən asan yolu Azərbaycanı təhdid etməkdə görür. Xalqı inandırmağa çalışır ki, İranda yaranan daxili problemlərin səbəbi Azərbaycanın İsrail və ABŞ ilə əlaqələrinin isti olmasıdır”. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar